ManşetSiyasət

Mher Qriqoryan: “Dəmiryoluna hər hansı nəzarət məsələsi müzakirə edilmir”

“Ermənistanda Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmiryoluna hər hansı nəzarət məsələsi müzakirə edilmir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın deyib.

O deyib ki, dəmiryolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq,  qarşılıqlı əsasda və ölkələrin suverenliyi və səlahiyyətləri çərçivəsində fəaliyyət göstərəcək.

Qriqoryanın sözlərinə görə, Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun uzunluğu təqribən 340 km olacaq ki, bunun da 45 km-i Ermənistanın ərazisindən keçəcək.

Mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistandakı obyektlərdə bərpa işlərinin indikativ büdcəsi təxminən 200 milyon dollar təşkil edəcək və işlər 36 ay ərzində tam həcmdə başa çatdırıla bilər. Mher Qriqoryan cavabında deyib: “Tikinti işlərinin başlanmasının dəqiq tarixlərini deyə bilmərəm. Amma bu hissədə razılaşmaların tezliklə tənzimlənməsi və dərhal işə başlaması üçün qarşılıqlı inam var”.

Onun sözlərinə görə, dəmiryolu stansiyalarının yeri yekun layihədə dəqiqləşdiriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button