ManşetSiyasət

Modest Kolerov: “Ermənistan əbədi olaraq itirdiyi Qarabağın statusuna təsir edə bilməz”

“Sərhədin delimitasiyası və demarkasiyası prosesinin Qarabağla birbaşa əlaqəsi yoxdur. Bu, Qarabağ məsələsindən asılı olmayaraq, 30 il əvvəl həyata keçirilməli idi”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirləri “Regnum” xəbər agentliyinin baş redaktoru Modest Kolerov deyib.

Onun sözlərinə görə, Ermənistan üçtərəfli razılaşmanı Minsk Qrupunun formatı ilə əvəzləməyə cəhd edir. O hesab edir ki, bütün bu cəhdlərinə baxmayaraq, proses ritorik danışıqlardan o yana keçmir. “Buna görə qızışdırmaq üçün heç bir əsas yoxdur. Sərhəd istənilən halda çəkilməlidir və bu 30 il əvvəl edilməli idi. Bunu Ermənistanın özü etməlidir ki, sabah səhv və ya əlverişsiz şəkildə çəkilmiş sərhədin günahını rusların üzərinə atmasın. Çünki sabah ermənilər “ruslar belə bir xəritə çəkdilər” deyib, etiraz edəcəklər”.

Kolerov birmənalı olaraq bildirir ki, Ermənistan Qarabağı əbədi olaraq itirib. “Bu gün qoyulan sual başqadır. Erməni Qarabağı Rusiya sülhməramlıları sayəsində prinsipcə qorunub, saxlanacaqmı? Sülhməramlılar olmadan onlar mövcudluqlarını qoruya bilməyəcəklər. Sülhməramlıların uzun müddət qalmasına necə əmin olmaq olar? Bu ayrıca bir məsələdir və bunlar həll edilməlidir. Ermənistanın Qarabağa pulla kömək etməsi çox yaxşıdır. Lakin Ermənistan Qarabağın gələcəyinə və statusuna təsir edə bilməz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button