ManşetSiyasət

Mövlud Çavuşoğlu: “Türkiyə də, Azərbaycan da Ermənistanla sərhədləri açacaq”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan-Türkiyə münasibətlərindən danışaraq, Azərbaycanın prosesi dəstəklədiyini qeyd edib.

JAMAZ.İNFO xəbər verir ki, nazir “A Haber” telekanalına müsahibəsində bildirib ki, Ermənistan bundan sonra bəzi addımlar atmalıdır. “Müharibə bitdi, bundan dərs çıxarmaq lazımdır. Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atılmalıdır. Biz də, Azərbaycan da sərhədlərimizi açacağıq. Ermənistanla münasibətlər normallaşacaq. Seçkidən sonra müsbət siqnallarla yanaşı, iki dəfə görüşən, lakin daim telefon danışığı olan xüsusi nümayəndələr təyin etdik. Biz güvəni artırmaq üçün addımlar atdıq, uçuşlar bərpa olundu”.

O qeyd edib ki, dəmir yolunun yenidən açılması üçün işlər aparılır, siyasi əlaqələr də var. “Ermənistanın xarici işlər naziri Antalya Diplomatik Forumunda iştirak edib. Mən üç nəfərlə (həmçinin Azərbaycanın xarici işlər naziri ilə) görüşmək istəyirdim, lakin mümkün olmadı. Ermənistan Azərbaycanımıza münasibəti ilə özünü təcrid etmişdi. Lakin hər şeyi bir gündə həll etmək olmaz. Həmçinin Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərini qəbul etməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button