GündəmManşet

Mqer Qriqoryan: “Azərbaycanla dəmir yolların açılması məsələsində irəliləyiş var”

“Dəhlizlə bağlı deyilənlər regionda düşmənçilik, gərgin atmosferi daha da dərinləşdirir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan hakimiyyəti dəhlizin açılması ilə bağlı mütəmadi olaraq fikirlər səsləndirir. “Söhbət Ermənistanın Sünik vilayətinin ərazisindən gedir ki, bu ərazi vasitəsilə Azərbaycan faktiki olaraq öz Naxçıvan muxtariyyəti ilə qurudan maneəsiz əlaqə tələb edir. İrəvan isə bildirir ki, söhbət regionda bütün nəqliyyat marşrutlarının qarşılıqlı şəkildə açılmasından və onların beynəlxalq normalara uyğun fəaliyyət göstərməsindən gedir”.

Paşinyanın sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda kommunikasiyaların blokadadan çıxarılmasından bəhs olunur. “Ermənistan bu ideyanı dəstəkləyir. Bu problemin həlli sülh və təhlükəsizliyə müəyyən təminatlar yaradır və İrəvan məsələyə məhz bu qavrayışla yanaşır. Hazırda gələcəkdə yüklərin daşınması üçün marşrutlar məsələsi də müzakirə olunur”.

JAMAZ.İNFO xəbər verir ki, baş nazirin müavini Mqer Qriqoryan isə qeyd edib ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu yalnız əvvəllər istismarda olan yolların açılmasını müzakirə edir. Onun sözlərinə görə, yeni yolların açılması müzakirə olunmur. “Çünki bu, 11 yanvar bəyanatında yer almayıb. İndi işçi qrup keçmiş SSRİ-nin cənub sərhədi boyunca, xüsusən İrəvan, Naxçıvan, Meğri və şərq istiqamətindəki dəmir yolunun açılmasını müzakirə edir. Eyni marşrut üzrə magistralın çəkilməsi müzakirə olunmur. Bir daha deyirəm, biz 11 yanvar bəyanatına əsaslanırıq. Orada köhnə kommunikasiyaların bərpasından bəhs olunur”.

Qriqoryan, ümumiyyətlə, magistral yolların bağlanması ilə bağlı ümumi baxışın olmadığını bildirib. “Dəmir yolları məsələsində isə daha çox irəliləyiş var, çünki onlarla məsələ daha asandır”.

Qriqoryan Türkiyə və Azərbaycan kapitalının Ermənistana daxil olması riskindən də bəhs edib. O vurğulayıb ki, kommunikasiyaların açılması Türkiyə kapitalının Ermənistanda geniş yaılması demək deyil. Lakin o, belə risklərin olduğunu da istisna etməyib. “Müasir dünyada kapitalın hərəkəti avtomobillərin hərəkətindən asılı deyil. Amma risklər həmişə var. İndi hakimiyyət bütün bunların qarşısını necə alacağı ilə bağlı tədbirləri ictimaiyyətə təqdim edə bilməz. Təbii ki, bu cür məsələlərin müzakirəsi keçiriləcək. Bu prosesi önləmək üçün mexanizmlər var, amma indi onları sadalamağa gərək yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button