Manşet

MTN generalı özündən getdi – Mövlan Şıxəliyevin məhkəməsində kritik anlar

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesində kritik anlan yaşanıb.
 
JAMAZ.info xəbər verir ki, prosesdə təqsirləndirilən Yasin Məmmədov dindirilərkən sabiq rəisi Mövlan Şıxəliyevin əleyhinə ifadə verib. Qanunsuz həbslər, cinayətə bərabər qanunsuz göstərişlərlə bağlı sualların cavabında məsuliyyəti üzərindən atıb. Belə tapşırıqların Mövlan Şıxəliyevin göstərişi ilə baş tutduğunu deyib.
Keçmiş işçisinin ifadəsi Mövlan Şıxəliyevi əsəbiləşdirib. Saxlandığı dəmir barmaqlıqlar arxasında halı pisləşən Mövlan Şıxəliyev özündən gedib. Konvoy onu yarıhuşsuz halda zaldan çıxarıb. Bakı Hərbi Məhkəməsinə təcili tibbi yardım dəvət olunub. Zərərçəkənlər hakimdən tələb ediblər ki, Mövlan Şıxəliyev tez bir zamanda zala qaytarılsın və məhkəmə prosesi davam etdirilsin. Onlar Mövlan Şıxəliyevi özünü pis hiss etməsi görüntüsü yaratmaqda ittiham ediblər.
Məhkəməyə çağırılan həkimlər Mövlan Şıxəliyevi müayinə etdikdən sonra Qaynarinfo-ya bildiriblər ki, pasiyentin təzyiqi qalxıb, həyatına hər hansı bir təhlükə yoxdur.
Qeyd edək ki, jurnalistlər prosesə buraxılmayıb.
Sabiq MTN generalı Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir.
Təqsirləndirilən şəxslərdən yalnız Mövlan Şıxəliyev həbsdədir, digərləri barəsində istintaq, məhkəmə dövründə həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button