AraşdırmaManşet

Müharibədə “Bayarktar”lar neçə erməni tankını məhv edib? – RƏQƏMLƏR

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun ixtiyarında olan “Bayraktar TB2” PUA-ları və “Harop” kamikadze dronlarının böyük rolu olduğu danılmazdır. Məhz onların sayəsində Ermənistanın Havadan Müdafiə Sistemlər və xeyli sayda silah-sursatı məhv edilib. Eyni zamanda, yeni nəsil dronlar müharibədə əsaslı dönüş yaratmağı bacarıblar.

JAMAZ.İNFO xəbər verir ki, Türkiyə tərəfinin hesablamalarına görə, “Bayraktar” PUA-ları 44 günlük savaşda Ermənistan ordusuna məxsus 900 hədəfi vurub. Bununla da düşmənə 1 milyard dollarlıq zərə dəyib. Yəni, vurulan silahların ümumi dəyəri 1 milyard dollar təşkil edib.

Bu əsnada, “Oryxsp” saytı isə maraqlı bir araşdırma aparıb. Belə ki, sayt Qarabağ müharibəsində təkcə, “Bayraktar”ın vurduğu tanklarına sayını müəyyən edib. Sayt yazır ki, 27 sentyabrda başlayan müharibədən bir həftə sonra “Bayraktar TB2” Qarabağdakı erməni qüvvələrinə məxsusu Havadan Müdafiə Sistemlərinin böyük əksəriyyətini sıradan çıxarıb. “Bu hücumlar nəticəsində ermənilərin 26 havadan müdafiə qurğusu və 12 radarı məhv edilib. PUA-nın qarşısında Rusiya istehsalı olan ən müasir zenit-raket kompleksi Tor-M2KM belə müqavimət göstərə bilməyib”.

Tanklara gəlincə, “Oryxsp” bildirir ki, mharibədə Havadan Müdafiə qüvvələri sıradan çıxarıldıqdan sonra türk PUA-sı tankları “ovlamağa” başlayıb. JAMAZ.İNFO sayta istinadən xəbər verir ki, Ermənistan müharibədə topla 249 tank itirib. Onun da 102 ədədi Azərbaycan Ordusu tərəfindən qənimət olaraq götürülüb. “Ermənistan ordusunun tank parkını Rusiya istehsalı olan T-72 təşkil edir. Müharibədə isə ermənilər 249 tank itiriblər. Onlardan  2-si T-72 “Ural”, 84-ü T-72A, 2-si T-72AK, 62-si T-72B və daha 69-u markası məlum olmayan T-72 tanklarıdır”.

Saytın hesablamalarına görə, 44 günlük savaşda “Bayraktar TB2”nin “ovladığı” erməni tanklarının ümumni sayı 90 ədəd təşkil edib. Tankları məhv edilməsində ikinci yerdə gələn isə tank əleyhinə idarə olunan raketlər təşkil edib və bu say 23-ə bərabərdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button