ManşetSiyasət

Nairi Hoxikyan: “Yaxın günlərdə Naxçıvan istiqamətində 4 kənd Azərbaycana veriləcək”  

Ermənistanda ara yenidən qarışıb. JAMAZ.İNFO xəbər verir ki, dünən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun ermənilərin təxribatının qarşısını almasından sonra vəziyyət daha qəliz şəkil alıb.

Belə ki, İrəvanda erməno əsgərlərinin mühasirəyə düşməsi və 4 əsas mövqeyin isə Azərbaycanın əlinə keçməsi böyük narazılıqla müşahidə edilir. Hətta bu gün Ermənistan müdafiə nazirinin dəyişdirilməsi də bu narazılığı yatırmaq gücündə olmayıb.

Ermənistanın tanınmış jurnalistlərindən biri olan, habelə məlumatlı şəxs kimi tanınan Nairi Hoxikyan özünün Facebook hesabında yazıb ki, proses bununla bitməyəcək. O iddia edib ki, Ermənistan hakimiyyəti Azərbaycana yeni ərazilərin verilməsinə razıdır. “Paşinyan rejimi Azərbaycanın Sisian, Cermux və Vardenis istiqamətində irəliləməsi üçün münbit şərait yaradaraq, tamaşa nümayiş etdirib. O, müdafiə nazirini işdən çıxarıb, yerinə isə tarix müəllimini təyin edib. Sonra isə Təhlükəsizlik Şurasının iclasını çağırıb”.

Hixikyan açıqlamasında deyib ki, Ermənistan Naxçıvan istiqamətində də ərazilər verməyə hazırlaşır. “Mən təsadüfi heç nə demirəm. Areni, Elpin, Çivə və Zəngəkatan kəndlərinin yaxın günlərdə Azərbaycana veriləcəyinə şahid olacaqsız. Həmin kəndlərin sakinlərini ayıq olmağa çağırıram. Hədəf sizsiz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button