ManşetSosial

Nazirlik rəsmisi: “Bir böyrəyi olmayanlara əlillik verilməyəcək”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov bildirib ki, bir böyrəyi olanlara əlillik verilməyəcək. JAMAZ.İNFO xəbər verir ki, o, bu barədə APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, çünki bir böyrək olmasa belə digər böyrək sağlamdırsa, tibbi proqnoza əsasən şəxs 30 ilədək yaşaya bilər:

“Digər böyrəkdə ağırlaşma varsa, bunun üçün əlilliyin müəyyən edilməsi üçün müraciət edə bilər. Yeni meyarlarda görmənin və eşitmənin paralel xəstəlikləri var. Şəxsdə görmə və eşitmə əlilliyi varsa, burada daha yüksək əlillik dərəcəsinin təyinatı üçün əsas yaranır. Bu, Almaniya təcrübəsindən götürülüb. Həmin şəxslərə yüksək müavinət ödəniləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button