GündəmManşet

Nikol Paşinyan: “Azərbaycanla avtomobil yollarının açılması məsələsində razılıq əldə etmişik”

Ermənistanın baş naziri Nikol Paşinyan Tiflisdə Ermənistan-Gürcüstan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclasında bildirib ki, Azərbaycanla avtomobil əlaqəsinin bərpasının mümkündür.

O deyib ki, bu barədə həm Soçi, həm də Brüsseldə razılıq əldə olunub. “Bildirmək istərdim ki, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş görüşlərin yekununda Azərbaycanla avtokommunikasiyanın bərpasına dair razılıq əldə etmək mümkün olub”.

Qeyd edək ki, Brüssel görüşündən sonra Nikol Paşinyan Azərbaycanla dəmiryollarının açılması barədə razılıq əldə etdiklərini də bəyan etmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button