ManşetÖlkə içi

Nikol Paşinyan: “Beynəlxalq aləm deyir ki, Qarabağ məsələsində tələblərinizi azaldın”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanın Sünik rayonunda yerləşən Qara göl yaxınlığında, eləcə də ötən ilin mayında Qeqarkunik istiqamətində baş verənlərə münasibəti uğursuzluqdur. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirilən parlamentin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mövcud prosedurlara zidd olaraq, KTMT problemli ərazilərdə monitorinqin aparılması ilə bağlı hələlik qərar qəbul etməyib.

Paşinyan beynəlxalq aləmin Ermənistanın Türkiyə və Azərbaycanla necə münasibət qurması üçün təkliflərindən də danışıb. O deyib ki, beynəlxalq ictimaiyyət Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmanın təhlükəsindən açıq şəkildə danışır. Onun fikrincə, beynəlxalq tərəfdaşlar birbaşa və ya dolayısı ilə diplomatiya dilindən istifadə edərək, rəsmi İrəvanın bu cür mövqeyinin təkcə Qarabağ üçün deyil, həm də Ermənistanın özü üçün böyük təhlükə olduğunu açıq şəkildə bildirirlər. “Bu gün beynəlxalq ictimaiyyət bizə deyir ki, Qarabağ məsələsində “plankanı” bir az aşağı salın və daha böyük beynəlxalq konsolidasiya əldə edəcəksiniz. Əks halda bizdən onlara heç bir ümid bəsləməməyinizi xahiş edirlər. Bu, yardım göstərmək istəyinin olmaması ilə deyil, sadəcə olaraq, kömək göstərə bilməmələri ilə bağlıdır”.

Ermənistanın baş naziri deyib ki, bu gün dünyada çox az ölkə var ki, öz sərhədləri ilə kifayətlənir və onları ədalətli hesab edir. “Məhz bu səbəbdəndir ki, hər dəfə tezisimi təkrarlamağa məcbur oluram: Ermənistan üçün sülh gündəminin alternativi yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button