ManşetÖlkə içi

Nikol Paşinyan: “Sarkisyan nəinki 7 rayonu, Qarabağın yarısını da Azərbaycana verməyə hazır idi” – YENİLƏNİB

“Serj Sarkisyan Ermənistanın prezidenti olan zaman Qarabağın yarısını Azərbaycana verməyə hazır idi”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında etdiyi çıxışı zamanı deyib.

O, Sarkisyanın 2016-cı ildə “Rossiya Seqodnya” agentliyinə verdiyi müsahibəsini fakt olaraq göstərib. “Sarkisyan həmin müsahibəsində deyir ki, onlar 7 rayonu Azərbaycana verməyə hazır idilər. Lakin Azərbaycan daha çox şey istəyirdi. Sarkisyan deyir ki, hər dəfə Azərbaycan yeni tələblərlə çıxış edirdi. Mən sizə çox deyirəm – Serj Sarkisyan Azərbaycana daha çox ərazini, hətta Qarabağın yarısını verməyə hazır olduğunu təklif edib, lakin Azərbaycan bununla razılaşmayıb və “yox” deyib”.

Paşinyan daha sonra qeyd edib ki, o, bir müddət əvvəl Sarkisyana verdiyi sualı növbəti dəfə təkrarlamaq istəyir: “Sarkisyan Qarabağda yaşamış azərbaycanlıları hazırda Qarabağın əhalisi hesab edirmi? Respublikaçılar Partiyasının nümayəndələri mənə dedilər ki, referendum üçün əhalinin say tərkibi sovet dövründıki proporsiyaya uyğyn olmalıdır. Əgər belədirsə, o zaman sovet vaxtı Qarabağda 40 min azərbaycanlı yaşayırdı. Sarkisyan və partiyasının dediyinə uyğyn həmin 40 min azərbaycanlı Qarabağın sakinləri statusunu almalıydılarsa, o zaman onlar harada yaşamalıydılar?”

Paşinyanın sözlərinə görə, əgər Qarabağda hər hansı bir referendum keçirilməsi razılaşdırılsaydı və 40 min azərbaycanlı ilə 130 min erməninin iştirak etdiyi səsvermədə ermənilər özünüidaretməyə səs versəydilər, o zaman başqa sual meydana çıxacaqdı. “Belə bir təminat var idimi ki, həmin 40 min azərbaycanlı özlərinə ayrıca özünüidarəetmə tələb etməyəcəkdi?”

Ermənistanın baş naziri qeyd edib ki, onun üçün aydın olmayan məsələlər çoxdur və onlardan biri də referendumun təkcə Qarabağda keçirilməsi, yoxsa bütün Azərbayacan üzrə keçirilməsidir.”Bütün danışıqlar boyu sənədlər, təkliflərin hamısı Sarkisyanın masasının üzərində olub. Llakin Bakı onların heç birini qəbul etməyib. Mənə hələ də maraqlıdır ki, Sarkisyan hansı məntiq və plana əsasən Qarabağın yarısını Azərbaycana verməyə çalışırmış”.

***

Ermənistanın baş naziri çıxışında keçmiş prezident Robert Koçaryanı da ittiham edib. O deyib: “Robert Koçaryan və Serj Sarkisyan öz maraqları xatirinə Qarabağı satıblar”.

Bu açıqlamasından sonra o, tribunadan adları çəkilənlərə müraciət edib: “Robert Koçaryan və Serj Sarkisyan siz vətən xainisiz. Biz sizin xəyanətiniz, satqınlığınızla mübarizə aparırıq. Siz hətta müharibə dövründə öz xəyanətkarlığınızdan, satqınlığınızdan əl çəkmədiniz”.

***

JAMAZ.İNFO xəbər verir ki, Paşinyan daha sonra Azərbaycanın hansı səbəbdən müharibəyə başladığı məsələsinə toxunub. “Bakı ona görə müharibəyə başladı ki, gördü ki, Ermənistan hakimiyyəti özünün orudusunu yeniləyir, modernləşdirir”.

Onun sözlərinə görə, Azərbaycan tərəfi vəziyyəti görüb, təcili hərbi əməliyyatlara başladı. «Azərbaycan o zaman müharibəyə başladı ki, gördü, Ermənistan intensiv şəkildə ordunu yeniləyir, yeni müdafiə sistemləri qurur, silahlarını yeniləyir. Bu addımların hamısı ctəmas xəttində özünü aşkar şəkildə göstərirdi. Bunu qarşı tərəf də görürdü. Həmçinin Xankəndi və İrəvanda nə baş verdiyindən xəbəri vardı”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button