CəmiyyətManşet

Oqtay Güləliyevin səhhətində daha bir irəliləyiş: Danışmaq istəyir 

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva “Turan TV”-yə müsahibəsində ərinin müalicəsinin tam həkim nəzarətində olduğunu deyib.

O həyat yoldaşının səhhətində yaxşılaşma olduğunu diqqətə çatdırıb. “Artıq əllərini hərəkət etdirir, nəsə demək istəyir. Həkimlər səs tellərinin düzələcəyini də deyiblər”.

Onun sözlərinə görə, dövlətin, Heydər Əliyev Fondunun dəstəyi olmasaydı, Oqtay Gülalıyev aramızda deyildi. Firuzə Gülalıyeva Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya göstərilən dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, avtomobil qəzası nəticəsində aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə Heydər Əliyev Fondu 2019-cu il noyabrın 4-dən etibarən zəruri dəstək göstərir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button