GündəmManşet

Ordumuz Xocavənddə 19 erməni əsgərini mühasirəyə salaraq, məhv edib?

44 günlük müharibədən sonra üzləşdiyi məğlubiyyətə rəğmən, erməni tərəfi dinc oturmaq fikrində deyil. JAMAZ.İNFO xəbər verir ki, istər Azərbaycan-Ermənistan sərhəddində, istərsə də Qarabağda müxtəlif təxribatlara əl atan ermənilər, bunun layiqli cavabını da alırlar.

Qeyd edək ki, may-iyul ayları ərazində Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribat nəticəsində Ordumuzun bir hərbiçisi Şəhid olub, 5 hərbiçimiz isə yaralanıb. Ermənistan tərəfi isə 5 əsgərini itirib, 10-a yaxın yaralının olduğunu bəyan edib.

Bu gün isə Ermənistanda yayımlanan “Razminfo” xəbər agentliyi maraqlı bir məlumatla çıxış edib. Belə ki, sayt 11 noyabr-29 iyul tarixləri arasında Ermənistan ordusunun itkiləri ilə bağlı statistik məlumatları açıqlayıb. Həmin məlumatın maraqlı tərəflərindən biri də may-iyul aylarında Azərbaycan Ordusunun Xocavənd rayonunun ərazisində antiterror əməliyyatı aparmasıdır.

Məlumatda deyilir ki, 11 noyabr-29 iyul tarixləri ərazində Ermənistan ordusunun ümumi itkilərinin sayı 66 nəfər təşkil edib. Onlardan 24 nəfəri döyüş şəraitində, yerdə qalan 42 nəfəri isə intihar, silahdan ehtiyatsız davranış, qətlə yetirilmə və avtoqəza nəticəsində ölüb. Sayt yazır ki, bu müddət ərzində 85 erməni əsgəri əsir düşüb, 3 nəfər isə itkin sayılır.

İndi isə məlumatın maraqlı tərəfinə diqqət edək. “Razminfo” yazır ki, döyüş şəraitində ölən 24 erməni əsgərindən 5-i Yerasx, Qaragöl ətrafında baş verən silahlı insident zamanı öldürülüb. Yerdə qalan 19 erməni əsgəri isə Xocavənd rayonunun Tağlar və Çaylaqqala kəndləri yaxınlığında Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınaraq, məhv ediliblər. Həmin vaxt bir neçə erməni əsgərinin qeyd olunan kəndin yaxınlığında minaya düşərək, öldüyü də təsdiqlənib.

JAMAZ.İNFO bildirir ki, indiyə qədər Azərbaycan-Ermənistan sərhəddində 5 erməni əsgərinin ölməsi faktı hər iki tərəfdən təsdiqlənib. Lakin Xocavənddə Azərbaycan Ordusunun may-iyul aylarında hər hansı bir antiterror əməliyyatı keçirməsi ilə bağlı məlumat mövcud deyil. Bu istiqamətdə bir neçə dəfə atəşkəsin pozulması faktı qeydə alınsa da, itki və hərbi əməliyyatlar barədə məlumat verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button