ManşetSiyasət

Partiya lideri deputatla bağlı prokurorluq və parlamentə müraciət etdi

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlu deputat Cavanşir Feyziyevin onun haqqında təhqiramiz ifadələr işlətməsi səbəbindən Baş Prokurorluq və Milli Məclisə müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə partiya lideri özü məlumat verib.

O bildirib ki, Londonun Westminster Magistrates Məhkəməsinin qərarı ilə azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan 15,3 milyon funt sterlinq vəsaitin 5,6 (13 milyon AZN) milyon funt-sterlinqi çirkli pul hesab edilərək, müsadirə ediləndən sonra yazdıqlarına görə,  təhqirə məruz qalan jurnalistlər həmrəylik nümayiş etdirərək, Cavanşir Feyziyevə daha ağır təhqirlə cavab verirlər. “Hesab edirəm ki, təhqirlər dayandırılmalı, hüquqi proseduralar üzrə zəruri addımlar müəyyənləşdirilməli və icraya yönəldilməlidir”.

Onun sözlərinə görə, Londonda məhkəmə qərarı xəbəri yayılandan dərhal sonra Cavanşir Feyziyev mətbuata ilk açıqlamasında  Milli Şuranın sədri, professor Cəmil Həsənlini və onu ağır ifadələrlər təhqir edib və böhtan atıb. “Mən, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri olaraq  hüquqi dövlət quruculuğundan çıxış edərək, Cavanşır Feyziyevin əməlinin AR CM-nin 147 (Böhtan), 148 (Təhqir) maddələri ilə cinayət məsuliyyəti yaratdığını nəzərə alaraq, hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa, siyasi qiymət verilməsi üçün isə Milli Məclisin İntizam Komissiyasına rəsmi müraciət göndərmişəm. Qanunun aliliyinin təminatına ümidim olmasa da onlardan cavab gözləyirəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button