CəmiyyətManşet

Paşinyan Arayiklə görüşdü: “Status məsələsində mübarizə aparmalıyıq”

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Harutyunyanla İrəvanda görüşüb. JAMAZ.İNFO xəbər verir ki, danışıqlar zamanı Paşinyan birgə səylər nəticəsində Qarabağda normal həyat şərtlərinin bərpa olunmasından məmnunluq duyduğunu deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdiriləcək. “Mən açıq qeyd edim ki, bizim əmkadaşlığımın saəviyyəsindən çox razıyam. İndiyə qədər reallaşmış məsələlər kifayət qədər effektiv olub”.

Paşinyan deyib ki, Qarabağda yaşayan əhali bu işlərin effektini görməyə başlayıb. O yaxın günlərdə Qarabağda sosial-iqtisadi sahədə yeni proqramın icrasına start veriləcəyinə ümid etdiyini söyləyib. “Təbii ki, hazırda əsas məsələ Qqarabağın statusudur. 10 noyabrdan sonra ATƏT-in Minsk Qrupunun həmsdərləri məhz bununla bağlı bəyanatla çıxış ediblər və birmənalı olaraq status məsələsini gündəmdə saxlayacaqlarını bildiriblər. Biz də öz növbəmizdə tapşırıqlarımızı, qarşımızda duran vəzifələrimizi dəqiqləşdirməliyik. Yəni, yeni situasiyaya uyğun strategiyamızı və məqsədimizə çatmağımız üçün yolu müəyyənləşdirməliyik”.

JAMAZ.İNFO xəbər verir ki, Arayik Harutyunyan da öz növbəsində deyib ki, hazırda Qarabağda sosial-iqtisadi məsələlər həll olunur. “Ermənistanın dəstək verdiyi proqramlar sayəsində Qarabağ şok vəziyyətindən çıxmağa başlayıb”.

Arayik onu da deyib ki, hazırda Qarabağda “Haystan” Fondu əhali üçün evlər tikir. O deyib ki, infrastrukturu bərpa etmək üçün fondun maliyyəsinə ciddi ehtiyacları var. “Biz istərdik ki, hər gün ən azı 4-5 ev tikilib, təhvil verilsin. Hər bir erməni bununla da mənzil sahibi olsun”.

Arayik Qarabağın statusu və təhlükəsizliyi məsələsini də dilinə gətirib. O bildirib ki, Minsk Qrupunun məsələ ilə bağlı mövqeyi dəyişməyib. “Biz çalışmalıyıq ki, məsələ daim gündəmdə olsun. İstər sizin, istərsə də bizim bütün bəyanatlar o deməkdir ki, bu mübarizəni davam etdirməliyik. Bu gün təhlükəsizliyimizin iki əsas təminatçısı var. Onlardan biri Qarabağ Müdafiə Ordusu, digəri isə Rusiya sülhməramlılarıdır”.

Qeyd edək ki, Nikol Paşinyanın Arayik Harutyunyanla telefonla danışması səbəbsiz deyil. Bir neçə gün əvvəl Moskvada səfərdə olan Paşinyanın orada aparılan danışıqlar və bu danışıqlardan çıxan nəticələrlə bağlı Arayiklə müzakirələr aparması dəqiqdir. Çünki yeni plan, yaxın gələcəkdə gözlənilən proseslər hər iki tərəf üçün maraqlıdır və əhəmiyyətlidir. Ona görə də, Paşinyan Arayiklə telefonla danışaraq, bu istiqamətdə gözlənilən məsələləri müzakirə ediblər.

Hərçənd erməni mediası, habelə rus politoloqlar Paşinyanla Putin arasında keçən görüşün uğurlu olmadığını bildirirlər. Onlar hesab edirlər ki, Kremlin İrəvandan istədikləri var, onları əldə etmək üçün bütün imkanlardan yararlanır. Həmin istəklərin bir qismini Paşinyan reallaşdırmağa razı olsa da, böyük bir qisminin həyata keçməsinə imkan vermək niyyətində deyil.

Belə olan təqdirdə, Ermənistanın daha ciddi təzyiqlərlər üz-üzə qalacağı gözləniləndir. Və bu təzyiqlərin əsasında da Qarabağ məsələsi dayanacaq. Daha doğrusu, Rusiya Qarabağla təzyiq etməyə başlayacaq.     

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button