ManşetSiyasət

Paşinyan Azərbaycanı cəsarətsizlikdə ittiham etdi: “Təkbaşına cəsarət edə bilməzlər”

“Azərbaycanı hansısa ölkə və ya qüvvə Sünik və Geqarkunda təxribat törətməyə sürükləyib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, Azərbaycan təkbaşına belə bir addım atmağa cəsarət edə bilməz. “Bilmirəm Bakı bu layihəni həyata keçirməyi kiminlə razılaşdırıb. Lakin əminliklə deyə bilərəm ki, Aazərbaycan təkbaşına belə bir addım atmağa cəsarət edə bilməz. Düşünürəm ki, bu ayrı qüvvələrlə əvvəlcədən əldə olunmuş razılıq əsasında baş verir. Hazırda həmin qüvvə haqqınd əlimizdə yetərli qədər informasiya yoxdur. Belə məlumat olan kimi, açıqlayacağıq”.

Ermənistanın baş naziri həmin qüvvələrdən birinin Türkiyə ola biləcəyini istisna etməyib.

Paşinyan Azərbaycan-Ermənistan sərhəddlərinin delimitasiyası və demarkasiyası məsələsinə də toxunub. O deyib ki, Azərbaycan Ordusu hazırkı ərazilərdən geri çəkilərək, əvvəlki mövqeyinə qayıtmayana qədər sərhədd məsələsi müzakirə olunmayacaq və Ermənistan hər hansı bir sənədə imza atmayacaq. “İlkin razılaşmaya görə, tərəflər sovet xəritəsinə əsasən müəyyən edilmiş sərhədlərdə dayanacaqlar. Sonunda da həmin xəritəyə əsasən sərhəddlər müəyyən ediləcək. Azərbaycan tərəfinin faktiki addımları bu prosesi sıradan çıxardı. Azərbaycan ordusunu Sünik və Geqarkun rayonlarından çıxardıqdan sonra danışıqlar başlaya bilər”.

P.S. Paşinyan 44 günlük müharibədən sonra yavaş-yavaş özünə “gəlir”. Çünki hələ müharibədən qabaq da bu cür sarsaq fikirlər səsləndirir, Azərbaycanı müharibə etməyə cəsarəti çatmamaqda qınayırdı. Hətta işi o qədər böyütmüşdü ki, Şuşada yallı da gedərək, əsəblərimizi tarıma çəkdi. Lakin çox keçmədi ki, Şuşada yallı getməyinə, dediyi sözlərə görə də, peşman oldu. Bu o vaxt baş verdi ki, Ermənistan 44 günlük müharibədə hərbi texnikasının 80 faizini, ordusunun isə 8000 yaxın əsgərini itirdi. Görünür, dili yenə uzanıb və Azərbaycan əsgərinin dilkəsən qayçısı üçün darıxıb. Yoxsa, özündə cəsarət tapıb Azərbaycanın ünvanına belə sarsaq ittihamlar səsləndirməzdi.   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button