DünyaManşet

Paşinyan gürcü nazirlə qonaqlıqda Putini təhqir edib

Məlum olduğu kimi, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri fevralın 2-4-də Ermənistanda səfərdə olub. JAMAZ.İNFO xəbər verir ki, polis naziri Vahe Qazaryanın dəvəti ilə Ermənistana səfər edən gürcü nazir baş nazir Nikol Paşinyanla da görüşüb.

“AntiFake” saytının yaydığı məlumata görə, Qazaryan Qomelaurini şam yeməyinə dəvət edib. Ziyafət isə İrəvandakı Dəmirçyan İdman-Konsert Kompleksinin 9-cu mərtəbəsində yerləşən “Yeremyan Projects”ə məxsus “Livingston” restoranında baş tutub. “Mənbənin sözlərinə görə, şam yeməyində iştirak edən Nikol Paşinyan adəti üzrə çoxlu spirtli içki qəbul edib, sərxoş olub və orada Rusiya Federasiyasının prezidenti Vladimir Putini, KTMT-ni və ümumilikdə Rusiya siyasətini söyməyə başlayıb”.

Sayt iddia edir ki, gürcü nazir erməni baş nazirin davranışından heyrətlənib. Hətta o, Paşinyanın davamlı olaraq təhqirlərini eşitdikdən sonra həmkarı Qazaryana bildirib ki, belə durum xoşagəlməzdir və o, başqa bir ölkənin başçısının təhqir olunmasını izləmək istəmir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan haqqında belə məlumatlar son illər çox yayılır. Xüsusi ilə onun normadan artıq spirtli içki qəbul etməsi barədə.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button