GündəmManşet

Paşinyan Qarabağdakı separatçını nazir gətirir

İyunun 20-də keçirilən parlament seçkilərində növbəti dəfə qalib gələn Nikol Paşinyan yeni komandasını qurmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İravunk” qəzeti məlumat yayıb.

Həmin məlumata görə, Nikol Paşinyan yazın günlərdə müdafiə naziri postuna Samvel Babayanı gətirmək istəyir. Qəzet iddia edir ki, Babayanın nazir olmasını şəxsən Paşinyanın həyat yoldaşı Anna Akopyan istəyir. Elə onun namizdəliyini də Akopyan məsləhət bilib.

Qeyd edək ki, Samvel Babayan qondarma “DQR”in “təhlükəsizlik şurasının rəhbəri” olub. Bundan başqa, o, son 44 günlük müharibədə əsas fiqurlardan biri hesab olunur. Həmçinin Babayanın adı Rusiyadan gizli yolla silahların alınması məsələsinə qarışıb. Eyni zamanda, müharibə başa çatdıqdan sonra onun PKK terror təşkilatına Qarabağda qeydiyyatda olmayan və gizli yolla alınmış silahları satmaq üçün danışıqlar aparan qrupun rəhbəri olduğu barədə hələ bir müddət əvvəl Türkiyə mediası MİT-ə istinadən məlumat yaymışdı.

Bildirək ki, Paşinyanın Qarabağdakı separatçıların əsas fiqrularından birini müdafiə naziri təyin etməsi onun gələcəkdə Azərbaycanla hansı şəkildə danışmaq fikrində olduğunu ortaya qoyur. Buna iki cür yanaşıla bilər.

Birincisi, Qarabağdakı separatçıların bir qisminə İrəvanda vəzifə verərək, gələcəkdə danışıqlar prosesində geri çəkilmək istəməməsini nümayiş etdirir.

İkinci yanaşma odur ki, həmin separatçıları İrəvanda vəzifə verməklə, həm onları narazı salmır, həm də Qarabağ məsələsindən birdəfəlik imtina edir.

Görünən odur ki, Samvel Babayanın vəzifəyə gətirilməsi birinci varianta hesablanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button