ManşetSiyasət

Paşinyandan Bakıya cavab: “Azərbaycan Ermənistanı blokadada saxlamaq istəyir”

“Azərbaycan hakimiyyətinin mövqeyi göstərir ki, onlar kommunikasiyaları bərpa etmək və sərhədləri açmaq istəmirlər. Bakının məqsədi Ermənistanı blokadada saxlamağa davam etməkdir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nnikol Paşinyan hökumətin keçirdiyi iclasda deyib.

Onun sözlərinə görə, rəsmi Bakının taktikasını əvvəlcədən müəyyən etmək mümkündür. “Həmin taktika dəyişməyib. Sülhmramlı bəyanatlar fonunda, regionda sülh prosesini sıradan çıxarmaq istəyirlər və bundan sonra da cəhd edəcəklər. Ona görə də, davamlı olaraq bəyan edirlər ki, Ermənistan və Qarabağ sülh danışıqlarının və sərhədlərin müəyyən edilməsinin əleyhinədir”.

Paşinyan qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin iştirakı ilə yaradılmış Üçtərəfli İşçi Qrupu kommunikasiyaların açılması məqsədi ilə konstruktiv şəkildə danışıqları davam etdirirlər. Onun sözlərinə görə, Azərbaycan tərəfinin davamlı olaraq səsləndirdiyi “Zəngəzur Dəhlizi” məsləsi İşçi Qrupu tərəfindən müzakirə edilmir. O həmçinin bildirib ki, istər 10 noyabr, istərsə də 11 yanvar razılaşmalarında belə bir dəhlizlə bağlı hər hansı bir söz keçmir. “Mənim birmənalı olaraq mövqeyim budur ki, Azərbaycan hazırda verdiyi bəyanatlarla üçtərəfli İşçi Qrupunun fəaliyyətini sıradan çıxarsın. Həmçinin kommunikasiyaların açılmasında maraqlı deyil. Onların əsas hədəfi Ermənistanı blokadada saxlamaqdır. Lakin biz İşçi Qrupunun tərkibində fəaliyyətimizi davam etdirəcəyik. Məqsədimiz blokadanı yarmaq, Rusiya və digər beynəlxalq partnyorlarımızla əlaqələrimizi aça bilək”.

Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bəyan edib ki, Ermənistan sülh danışıqlarına başlamaq istəmir və Bakının göndərdiyi təkliflərə reaksiya vermir.

Paşinyanın çıxışı isə onu göstərir ki, onlar məsuliyyəti üzərlərindən atmağa, oyunu pozmağa çalışırlar. Məqsədləri sərhədləri açmaq deyil. Hətta belə məqsədləri varsa belə açıq şəkildə bəyan edirlər ki, bu sazişin Qarabağın yekun statusu müəyyən edilmədən imzalanması mümkün deyil. Bu həm də bir növ qabaqdangəlmişlik və şərtlə danışmaqdır.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button