ManşetSiyasət

Paşinyandan sensasiyalı açıqlama: “Özümüza aldatmayaq, Qarabağ Azərbaycanın ərazisidir”

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Sünik vilayətində yerləşən şəhərlərin merləri və yerli icma nümayəndələrinin rəhbərləri ilə görüşüb. JAMAZ.İNFO xəbər verir ki, görüşlə bağlı rəsmi məlumatda son vəziyyət, regionun problemləri və onun aradan qaldırılması yolları barədə danışılıb.

Lakin Ermənistanda nəşr  olunan “Hraparak” qəzeti olduqca maraqlı məlumat əldə etdiklərini, bir neçə mənbədən bunu dəqiqləşdirdiklərini yazıb. Həmin məlumat isə Nikol Paşinyanın görüş zamanı çıxışında bir sıra məsələlərə aydınlıq gətirməsi ilə bağlıdır.

Erməni nəşri yazır ki, dünən Nikol Paşinyan Sünik merləri ilə görüşündə, təkcə, Sünikdən keçən dəhliz barəsində danışmayıb. O, həm də Qarabağla bağlı senssasion bəyanat verib. “Mənbəmiz deyir ki, Nikol Paşinyan çıxışında bəyan edib ki, 30 ildir erməni cəmiyyətini aldadırlar. Baş nazir daha sonra deyib ki, Qarabağ Ermənistanın ərazisi deyil və heç vaxt olmayıb. Əksinə, bu 30 ildə bizi inandırıblar ki, guya belədir. Lakin Qarabağ Azərbaycanın ərazisidir. Bunu qəbul etməyə çalışın”.

Qeyd edək ki, Ermənistanın baş naziri təkcə, Qarabağ məsələsini deyil, dəhliz mövzusuna da aydınlıq gətirib. “O, birbaşa Sünikdən olan merlərə deyib ki, Ermənistan yolları bağlaya bilməz. Əgər Azərbaycan Naxçıvana yol istəyirsə və biz bunu verməsək, İlham Əliyev bunu hərbi yolla həyata keçirəcək. Bizim isə müqavimət göstərmək üçün heç bir resursumuz yoxdur”.

“Hraparak” məsələni dəqiqləşdirmək üçün Tatev və Gorus merləri ilə əlaqə saxlayıb. Lakin onlar görüşlə bağlı hər hansı bir açıqlama verməkdən imtina ediblər. Onlar bildiriblər ki, görüş qapalı keçib və bu barədə açıqlama vermək səlahiyyətləri yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button