ManşetÖlkə içi

Peqov yenidən Qarabağda peyda olub – FOTOLAR

44 günlük müharibə zamanı Azərbaycana qarşı təbliğat aparan, özünü “jurnalist” hesab edən və döyüş kadrlarını çəkərkən, hər addımda əsgərlərimizi təhqir edən Semyon Peqov dünən Qarabağa gəlib. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi açılmış və İnterpol vasitəsi ilə axtarışa verilmiş “Wargonzo”nun rəhbərinin Qarabağa gəlməsinin əngəllənməməsi olduqca maraqlıdır.  

Daha doğrusu, onu Qarabağa gətirib, orada şəkillər çəkməsinə və çəkiliş aparmasına şəraitin rus sülhməramlıları tərəfindən yaradılması sirr deyil. Rusiya tərəfi təkcə bununla deyil, digər məsələrdə də (Xocalıda “sülhməramlı heykəli” ucaltması, rus şairlərinin xiyabanını salması) Azərbaycanı saymadığını, Qarabağın dağlıq hissəsinin onlara məxsus olduğunu, habelə bu məsələdə sülhmərmalı kimi deyil, müstəqil hərəkət etdiyini bir daha təsdiqləyib.

Qeyd edək ki, ermənilərin aktiv təbliğatçısı Semyon Peqov Ağdam yaxınlığında bir sıra çəkilişlər aparıb. Həmin ərazidə sülhməramlılar yerləşib və separatçı “jurnalist”i qondarma rejimin “xüsusi təyinatlıları” müşayət ediblər.

Maraqlıdır ki, Azərbaycan tərəfi hər addımda Qarabağın bizim olduğunu bəyan edir. Lakin öz ərazisinə nəzarət funksiyasının olmadığını da Peqovkimilərin gəlməsi ilə təsdiqləyir. Və ən pis tərf odur ki, rəsmi Bakı bununla bağlı nə bəyanat verir, nə də Rusiya Müdafiə Nazirliyindən izahat tələb edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button