ManşetÖlkə içi

Prezidentin xüsusi nümayəndəsi Xankəndidə – Muradov, Arutyunyan və Abazyanla görüşüb

Ermənistan mediası olduqca qəribə bir məlumat yayımlayıb. JAMAZ.İNFO News.am saytına istinadən xəbər verir ki, bu gün, fevralın 12-də Azərbaycan Prezidentinin Qarabağ üzrə (rus sülhməramlılarının nəzarəti altında olan hissənin) xüsusi nümayəndəsi Xankəndinə səfər edib.

Məlumatda deyilir ki, Xankəndində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi separatçıların rəhbəri Arayik Aiutyunyan, Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov və Ermənistan DTX-nın rəisi Armen Abazyanla görüşüb.

Məlumatda vurğulanır ki, görüşdə əsirlərin qaytarılması, itkin düşənlərin axtarışlarının təmin edilməsi və digər humanitar məsələlər müzakirə olunub. Bundan başqa, görüşdə 1990-cı illərdəki Qarabağ müharibəsində həlak olmuş və itkin düşmüş şəxslərin də məsələsi müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin hazırda Qarabağın rus sülhməramlıları olan hissəsi üzrə heç bir səlahiyyətli və xüsusi nümayəndəsi yoxdur. İndiyə qədər dövlət başçısının Ağdam, Şuşa, Kəlbəcər, Hadrut, Cəbrayıl, Fizuli, Laçın və Qubadlı rayonları üzrə nümayəndəsi təyin edilib. Lakin Xankəndi, Xocalı, Ağdərə və Əsgəran üzrə isə belə nümayəndə təyin edilməyib. Hərçənd rəsmi şəxslər yaxın vaxtlarda belə təyinatların olacağını da istisna etmirlər.

Digər maraqlı məqam odur ki, erməni tərəfi həmin xüsusi nümayəndənin adını çəkmir. Onun kimliyi barədə heç bir məlumat verilmir. Üstəlik, bütün görüşlərinin fotoşəkillərini paylaşan Arayik Arutyunyan bu dəfə heç bir fotogörüntü yayımlamayıb.

Maraqlıdır ki, Azərbaycan rəsmi qurumları, mediası da bu barədə heç nə yazmırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button