DünyaManşet

Putin Paşinyanla telefonla danışdı

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Paşinyan Putinə Qarabağda sabitliyin təmin olunması məsələsində vasitəçilik etdiyinə görə, təşəkkür edib. İki ölkənin rəhbərləri gələcək təmaslar barədə razılığa gəliblər.

P.S. Məlumdur ki, dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Görşdən əvvəl Putinin Paşinyana zəng vurması sıradan bir hadisə kimi qiymətləndirilə bilməz. Güman ki, Rusiya prezidenti ənənəsinə uyğun olaraq, diplomatik dildə Paşinyanı hədələyib. Ya da başa salıb ki, onun çizdiyi “xəritədən kənara çıxmasın”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button