ManşetÖlkə içi

Qara göldə şiddətli döyüşlər gedir: Hər iki tərəf artilleriyadan istifadə edir

Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərgindir. JAMAZ.İNFO xəbər verir ki, bu gün saat 16:00 radələrində düşmən Ordumuza qarşı təxribata əl atıb. 

Belə ki, Kəlbəcər istiqamətində yerləşən mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub. Düşmənin snayper tüfəngdən açdığı atəş nəticəsində bir gizirimiz Şəhid olub.

Bu əsnada, Ermənistanın Geqarkunik vilayətinin Kut (Zərkənd) kəndi üzrə icma rəhbəri Akop Avetyan mətbuata açıqlama verərək, həmin istiqamətdə şiddətli döyüşlərin getdiyini bildirib. O deyib ki, vəziyyət həddindən artıq ağırdır, atışma getdikcə şiddətlənir. “Az əvvəl Ermənistanın döyüş mövqelərinə bir neçə təcili tibbi yardım maşını qalxdı. Yaralıların olduğu deyilir. Kut kəndi istiqamətində döyüşlər şiddətli şəkil alıb. Hər iki tərəf bütün növ silahlardan istifadə edirlər”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi baş verən təxribata və bunun nəticələrinə görə Ermənistanın hərbi-siyasi hakimiyyətinin məsuliyyət daşıdığını bəyan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button