ManşetSosial

Qarabağ erməniləri: “Humanitar fəlakətin bir addımlığındayıq”

44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan ermənilər hansı itkilərlərlə üzləşdiklərini hesablamağa çalışırlar. Yekun hesablama əldə edilməsə də, artıq hansı problemlə üz-üzə qaldıqlarını etiraf etməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı erməni separatçılarının nümayəndəsi Qriqori Martirosyan bildirib ki, onlar humanitar fəlakətlə üz-üzədirlər.
Martirosyan deyib ki, dəyən zərər Qarabağ bölgəsinin bir neçə illik ÜDM-nə bərabərdir. “Hələlik itirdiklərimizi pul ekvivalentində hesablaya bilməmişik. Lakin onu deyə bilərəm ki, biz kənd təsərrüfatı və energetika sahələrimizi tamamilə itirmişik. Hazırda Qarabağda yaşayan ermənilər humanitar fəlakətin astanasındadır”.
Separatçıların nümayəndəsi onu da deyib ki, müharibədən sonra əksər əkinçilik sahələri, heyvandarlıq üçün yararlı ərazilər və Qarabağ bölgəsini elektrik enerjisi ilə təmin edən stansiyalar əllərindən çıxıb. “Bu ərazi və obyektlər ya sıradan çıxıb, ya da Azərbaycan tərəfində qalıb. Bundan sonra elektrik təhcizatımız necə olacaq, bilmirik. Əhalinin ərzaqla təminatı da sual altındadır. Humanitar yardımlarla əhalini uzun müddət saxlamaq da mümkün deyil. Çarəsiz duruma düşmüşük və necə edəcəyimizi bilmirik”.
Qeyd edək ki, bölgəyə yerləşdirilmiş rus sülhməramlıları Qarabağda 42 min erməninin yerləşdirildiyini bildirir. Bundan başqa, onlara hər gün külli miqdarda humanitar yardımlar çatdırırlar. Lakin Rusiya tərəfi bəyan edib ki, bu yardımlar daimi xarakter daşımayacaq. Çünki təkbaşına bu işin öhdəsindən gələ bilməyəcəklər. Ona görə də, Moskva digər dövlətləri də Azərbaycan və Ermənistanla razılaşdırmaqla bölgəyə humanitar yardım etməyə çağırıb.

Xatırladaq ki, rəsmi Bakı Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşları olduğunu bəyan edib. Yaxın gələcək üçün birgəyaşayışı təmin edərək, onların da Azərbaycan vətəndaşları kimi təminatlarının olacağını bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button