GündəmManşet

Qarabağa İrandan işçilər gətirilib

Qarabağdakı erməni separatçıları “Haystan” Fondu və digər iş adamlarının maliyyə dəstəyi ilə tikinti işlərinə start veriblər. JAMAZ.İNFO xəbər verir ki, həmin tikinti işlərindən biri də Əsgəran şəhərində və onun ətrafında həyata keçirilir. Məqsəd isə evsiz qalmış Qarabağ ermənilərinin mənzillə təmin olunmasıdır.

“Hraparak” qəzetinin yaydığı məlumata görə, Əsgəranda yaşayan ermənilər son günlər təşviş içindədirlər. Buna səbəb isə həmin tikinti işlərinə iki iranlının cəlb olunmasıdır. Belə ki, ermənilər onların əslən Azərbaycanlı olduqlarına inanır və bundan qorxurlar.

Əsgəranda məskunlaşmış ermənilər iddia edirlər ki, yerli əhali işçi kimi işə götürülmür. Və onlar əslən Azərbaycanlı olan, lakin özlərini fars kimi təqdim edən iki iranlının işə götürülməsindən həm narahatdırlar, həm də etiraz edirlər. Yerli icmalardan birinin rəhbəri Artur Qriqoryan bildirib ki, həqiqətən də Əsgəranda iki iranlı işləyir. “Onlar özlərinin fars olduqlarını deyirlər. Nə vaxt gəldikləri, kənddə qaldıqları və ya gəlib -getdikləri ilə bağlı suallara cavab vermirlər. Biz şübhələnirik ki, onlar İran pasportu ilə Qarabağa köçmüş Azərbaycanlılardır”.

Həmin məlumatda deyilir ki, hazırda Əsgəranda tikinti işlərini aparan iş adamı Arman Hakobcanyandır və o, baş separatçı Arayik Harutyunyanın şərikidir.

Bundan başqa, hazırda Qarabağdakı tikintilərin 70 faizini “Kapavor” şirkətidir. Həmin şirkət isə Ermənistan hakimiyyətinin əsas maliyyə dayağı olan iş adamı Xaçatur Sukiasiyanındır.

Xatırladaq ki, İran son dövrlər Xankəndinə davaçlı olaraq yük daşıyır. Bununla bağlı, artıq qalmaqal yaranıb və Azərbaycan tərəfi yüklərin keçdiyi Qafan-Gorus yolunda nəzarət postları quraraq, maşınları yoxlayır və rəsmi olaraq gömrük haqları tutur. Eyni zamanda, Xankəndinə gedən yüklərin və sürücülərin saxlanılması da artıq faktdır.

Görünür, İran Qarabağda tikinti işləri aparmaq üçün özünün mütəxəssislərini də göndərməkdən çəkinməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button