GündəmManşet

Qarabağda saxlanılan erməni terrorçuların valideynləri etirazlara başladı: İrəvan-Gümrü yolunu bağladılar

Azərbaycana qeyri-qanuni keçmiş 60-dan çox erməni terrorçusunun valideynləri bu gün səhər saatlarında İrəvan-Gümrü avtomagistralınıN Orom kəndindən keçən hissəsini bağlayıblar. JAMAZ.İNFO xəbər verir ki, həmin şəxslər dünən baş verən məlum hadisəyə, yəni Azərbaycan tərəfinin “əsirləri” geri verəcəyi ilə bağlı xəbərin yalan çıxmasına etiraz edirlər.  

Erməni mətbuatının yaydığı məlumata görə, etirazçılar hökumətdən terrorçuların nə zaman qaytarılacağı barədə dəqiq tarixin açıqlanmasını tələb edirlər.

Qeyd edək ki, 10 noyabr anlaşmasından sonra Azərbaycan Ordusu Qarabağ ərazisində antiterror əməliyyatı keçirib. Həmin əməliyyat zamanı Azərbaycan sərhəddini qanunsuz olaraq keçmiş, silahlı dəstənin 62 üzvü yaxalanıb. Hazırda onlar barəsəində cinyatət işinin açıldığı deyilir. Hazırda aksiya keçirən şəxslər isə həbs edilmiş terrorçulardan 54-nün valideynləri və yaxınlarıdır.

Xatırladaq ki, dünən Qarabağdakı rus sülhməramlılarının rəhbəri Rüstəm Muradov Bakıya gələrək, həmin terrorçuları İrəvana aparmaq istəyib. Lakin Azərbaycan tərəfi onların hərbi əsir olmadıqlarını, sərhədlərimizi qanunsuz keçən silahlı dəstənin üzvləri olduğunu bildirərək, geri qaytarmaqdan imtina edib. Nəticədə, Bakıdan İrəvana uçan təyyarə boş olub.

Onu da bildirək ki, bu hadisədən sonra Ermənistanda vəziyyət pisləşib. Belə ki, valideynlər Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşaraq, səhərə qədər binanı mühasirədə saxlayıblar. Hətta erməni generallar evlərinə getmək üçün nazirliyin binası ətrafındakı hasardan aşaraq, qaçmağa çalışıblar. İrəvan hökuməti isə bəyan edib ki, Rusiya vasitəsi ilə Azərbaycanla apardıqları danaışıqlar nəticə verməyib. Onlar hazırda danışıqları bərpa etməyə çalışdıqlarını bildiriblər. Rəsmi Bakı isə baş verən hadisə ilə bağlı hər hansı açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button