ManşetSiyasət

Qarabağda “xidmət” etmək istəyənlər Ermənistan vətəndaşlığından çıxarılacaq

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir müddət əvvəl mətbuata açıqlama verərək, sentyabra qədər Ermənistan ordusunun Qarabağı tərk edəcəyini bildirib. O qeyd edib ki, həmin qoşunlar müharibə zamanı Qarabağdakı ermənilərə dəstək üçün göndərilmişdi və müharibə başa çatdığıdan geri çağırılırlar.

JAMAZ.İNFO xəbər verir ki, Qriqoryanın açıqlamasında bəzi məqamlara bu gün aydınlıq gətirilib. Məsələn, o deyib ki, bundan sonra Qarabağda bir erməni əsgəri belə hərbi xidmət keçməyəcək. Xankəndidəki ermənilər isə özlərini qorumaq üçün yerli imkanlarından istifadə etməlidirlər. Amma TŞ katibi onu da deyib ki, əgər Qarabağdakı qondarma “müdafiə ordusu”nda könüllü olaraq müddətdən artıq və ya çağırışçı kimi qulluq etmək istəyən olarsa, buna mane olmayacaqlar. Burada söhbət Ermənistan vətəndaşlarından gedir.

Erməni hüququşünasları və siyasətçiləri məsələni belə izah edib ki, burada əsas mahiyyət qulluq etmək istəyən şəxsin Ermənistan vətandaşı olaraq, qalıb qalmayacağıdır. Onlar bildirirlər ki, razılaşmaya əsasən və Qriqoryanın açıqlamasından gəlinən qənaət, habelə əldə edilmiş informasiyalar onu deməyə əsas verir ki, əgər hər hansı bir Ermənistan vətəndaşı Qarabağda separatçılara qoşulub, orada “hərbi xidmət” keçmək istəyərsə, o, dərhal Ermənistan vətəndaşlığından çıxarılacaq. Həmin müşahuidəçi və siyasətçilər bunu belə əsaslandırırlar ki, İrəvan Bakının təzyiqləri qarşısında duruş gətirə bilmir. Bundan sonrakı mərhələdə isə onun vətəndaşlarının Qarabağda hərbi “xidmət” keçməsi aşkarlanarsa, onlar üçün yaxşı nəticələnməyəcək.

Ekspertlər həmçinin Qriqoryanın Qarabağın öz daxili imkanları hesabına “ordu” qurması fikrinə gəlincə, qeyd ediblər ki, bu, İrəvanın həm erməniləri, həm də Xankəndidəki separatçıları ələ salmaqdır. “Müharibədən əvvəl Qarabağda təmas xəttini qorumaq üçün 25-30 min əsgərə ehtiyac var idi. Müharibədən sonra həm təmas xətti iki dəfə uzanıb, həm də onu qorumaq üçün ən azı 80 min əsgərə ehtiyac var. Yəni, hal hazırda Qarabağda yaşayan 10 yaşından 70 yaşına qədər kişiləri, eləcə də onlarla birlikdə qadınları da yığsalar, təmas xəttində qulluq etmək üçün kifayət etməyəcək”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button