GündəmManşet

Qarabağdakı erməni “bayraqlar”ı yığışdırılır: Azərbaycan Soçidə hansı tələbi qoyub?  

Dünəndən etibarən rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə separatçı rejimin əski parçası və Ermənistanın dövlət bayraqları yığışdırılır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “168 saat” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Şuşa şəhəri yaxınlığında, Qırımızı Bazar qəsəbəsində, habelə separatçıların silahlı dəstələrinin dayandıqları mövqelərdə qaldırılmış bütün əski parçaları və Ermənistan bayraqlarının yığışdırılması barədə göstəriş verilib.

Qəzetin yazdığına görə, Şuşa şəhəri yaxınlığında yerləşən yaşayış məntəqələrində isə separatçılar bu addımı atmaqdan imtina ediblər. Lakin Azərbaycan tərəfinin qısa müdaxiləsindən sonra əski parçaları yığışdırılıb.

Ermənistan hökumətindəki mənbələr bildirib ki, belə bir tələb Azərbaycan tərəfindən qoyulub. Belə ki, Soçidə keçirilən görüşdə Azərbaycan prezidenti tələb edib ki, Qarabağ ərazisindəki bütün Ermənistan bayraqları və separatçıların əski parçaları yığışdırılmalıdır. Əkls təqdirdə, həmin mövqelər atəşə tutulacaq, postlara müdaxilə ediləcək və bayraqlar oradan zorla çıxarılaraq. Ermənistan hakimiyyətinin göstərişi ilə həmin görüşdən dərhal sonra Ermənistan bayraqları və separatçıların əski parçaları Qarabağdakı mövqelərdən endirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button