GündəmManşet

Qarabağdakı ermənilər 22 gündür mobil rabitə və internetsiz qalıb: Bakını günahlandırırlar    

Qarabağda yaşayan errmənilər noyabrın 9-dan etibarən internetsiz və mobil rabitəsiz qalıblar. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağdakı erməni separatçılarının nümayəndəsi, özünü “ombudsman” kimi təqdim edən Qeqam Stepanyan deyib.

O bildirib ki, hələ bu ilin avqustunda eyni vəziyyətlə üzləmişdilər. Problemi aradan qaldırmaq üçün rus sülhməramlılarına və mobil operatorlara müraciət etmişdilər. Onun sözlərinə görə, həmin vaxt müəyyən müdaxilə və tədbirlərdən sonra problem öz həllini tapmışdı. “Lakin noyabr ayının 9-dan etibarən Qarabağda mobil rabitə və internet problemi pik həddə çatıb. Demək olar ki, hər iki imkandan məhrum olmaq üzrəyik”.

Stepanyan deyib ki, hazırda internet olduqca zəifdir. Mobil rabitədən isə geniş istifadə etmək problemə çevrilib. “Xankəndi və yaxın ətraflarda internet və mobil rabitə qismən də olsa var. Azərbaycan Ordusunun yerləşdiyi ərazilərə yaxın icmalar isə bu imkanlardan tamamilə məhrum olublar. Noyabrın 9-dan etibarən onlarla əlaqə saxlaya bilmirik. Ya da çox çətinliklə əlaqə yarada bilirik”.

Özünü “ombudsman” adalandıran bu şəxs iddia edir ki, Qarabağda internet və mobil rabitənin kəsilməsi birbaşa Azərbaycanın işidir. O hesab edir ki, hazırda Bakının əlində çox güclü texniki vasitələr var ki, onlar vasitəsi ilə ermənilərin bütün mobil və internet rabitəsi dayandırıla bilir. “Azərbaycan tərəfi bununla Qarabağda yaşayan erməniləri qorxutmaq, onlara təzyiq etmək istəyir. Bununla bağlı, rus sülhməramlılarına da müraciət etmişik. Hər hansı bir tədbir görüləcəyinə ümid edirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button