ManşetÖlkə içi

Qarabağdakı separatçı “nazir” həbs olundu

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Qarabağdakı erməni separatçılarının nümayəndəsi, özünü “Qarabağın keçmiş fövqəladə hallar naziri” kimi təqdim edən Boris Avaqyan həbs olunub. JAMAZ.İNFO xəbər verir ki, Avaqyan Piterdəki restoranlardan birində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə qəlyan çəkərkən saxlanılıb.

Məlumatda deyilir ki, həmin vaxt Avaqyanı yanındakı FTX polkovniki də xilas edə bilməyib. Rusiya tərəfi separatçını qaçaqmalçılıqda ittiham edir.

Xatırladaq ki, Boris Avaqyan Azərbaycan Ordusu tərəfindən əsir götürülmüş hərbçilərin geri qaytarılması prosesində yaxından iştirak edirdi. Bundan başqa, o, 44 günlük müharibə zamanı öldürülmüş erməni əsgərlərinin meyidlərinin tapılması prosesində də iştirakçı olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button