ManşetSiyasət

Qarabağdakı separatçılar partizan müharibəsinə hazırlaşır: “Hadrutu geri qaytarmalıyıq”

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda qərarlaşmış separatçılar Azərbaycana qarşı yeni təxribatlarını dilə gətirməkdən çəkinmirlər. JAMAZ.İNFO xəbər verir ki, artıq bununla bağlı danışanlar da peyda olublar.

Belə ki, Qarabağdakı qondarma “müdafiə ordusu”nun keçmiş “mətbuat katibi Senor Hasratyan Facebookdakı şəxsi hesabında buna eyham vurub. O deyib ki, Qarabağdakı ermənilər itirdikləri “torpaqları”nı geri qaytarmaq üçün hərəkətə keçməlidirlər. Onun sözlərinə görə, bunun üçün hər hansı diplomatik danışıqları gözləmək də lazım deyil. “Hələ 1992-ci ildə Şamuyan (Goranaboy) rayonu əldən gedəndə yerli özünümüdafiə dəstələrinin komandiri Şaqen Meqryan tərfdarları ilə birlikdə partizan hərəkatına start verdi. Meqryan bu gün aramılzda deyil, amma qəhrəman kimi xatırlanır. Bəs, 2020-ci ildə generalın çiyindaşları da daxil olmaqla, illər sonra Hadrutdan olan “avtoritet”lər necə xatırlanacaqlar?”

Hasratyan daha sonra qeyd edib ki, ötən ilki məğlubiyyətdən sonra həmin adamlar Meqryanın nümunəsindən istifadə etmədilər. “Onlar öz doğulduqları yerlərə belə əhəmiyyət vermədilər. Ardından Qarabağı tərk edərək, bu gün İrəvanda yaşayırlar”.

Qondarma “mətbuat katibi” Hadrutdan olan erməniləri Meqryan kimi, Azərbaycan Ordusuna qarşı partizan müharibəsinə başlamağa çağırıb. O deyib ki, hazırda İrəvanda yaşayan “hadrutlular” da gələrək, onlarla bilikdə “mübarizə” aparmalıdırlar.

Bu əsnada, başqa bir maraqlı məqam da ondan ibarətdir ki, Qarabağdakı rus sülhməramlıları da son zamanlar baş verən hadisələrdən dolayı tədirgindirlər. Onlar hətta tam təhlükəsiz şəraitdə olmadıqlarını dilə gətirməyə başlayıblar. Belə ki, payız aylarında havanın tez qaralması və dumanın çökməsi onlar üçün əlavə problemlərə yol açıb. Gələn xəbərlərdən belə başa düşülür ki, rus hərbçiləri ərazini yaxşı tanıyan ermənilərin hava şəraitindən istifadə edə biləcəyini düşünürlər. Və bu zaman həm dəhliz vasitəsi ilə hərbi yüklər daşıyan Azərbaycan Ordusu, həm də blok-postlarda xidmət, həm də yüklərin daşınmasını müşayət edən rus hərbçilərinə hər an hücum ola biləcəyini qeyd edirlər. Qeyd edək ki, Qarabağda mənzillənmiş separatçıların bu çağırışı olduqca təhlükəlidir. Onların ərazini yaxşı tanıması Azərbaycan Ordusu üçün bir sıra problemlərə səbəb ola bilər. Ona görə də, hərbçilərimiz bu məsələdə xüsusi ilə diqqətli olmalıdırlar. Təxribatların önlənilməsi üçün isə zəruri olan bütün tədbrilər görülməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button