GündəmManşet

Qarabağdakı separatçılar “status”dan əllərini üzüblər?

Qarabağda vəziyyət qəribə şəkil almağa başlayıb. Əgər əvvəlki günlərdə aktiv şəkildə “status” və “müstəqillik” məsələlərindən bol-bol danışan separatşılar, artıq bu mövzuda verilən suallara cavab verməkdən yayınırlar. JAMAZ.İNFO xəbər verir ki, son iki gündə belə halların sayı o qədər artıb ki, erməni mediası da məsələdən “şübhələnməyə” başlayıb.

Qeyd edək ki, əksər erməni mətbuatı Qarabağdakı separatçıların nümayəndələrinə “status” məsələsi ilə bağlı verdiyi suallara cavab ala bilmir. Dünən bununla bağlı müraciət etdikləri şəxslərin heç biri bu barədə danışmaq istəmədiyini bildirib. Onlardan yalnız Daşnaksütunun nümayəndəsi Davit İşxanyan deyib ki, bu barədə danışacaqlar.

“İravunk” qəzeti yazır ki, Qarabağ separatçılarının belə bir mövqe sərgiləməsinin konkret səbəblərindən məlumatsızdırlar. Onlar məsələnin daha çox Arayik Harutyunyanın bir neçə gün bundan əvvəl “hazırda Qarabağın statusu ilə bağlı heç bir sənəd müzakirə olunmur” dediyi sözdən qaynaqlandığını düşünürlər.

Lakin Xankəndidə mənzillənmiş erməni separatçıları son zamanlar olduqca ümidsiz olduqlarının nümayiş etdirirlər. Belə ki, mütəmadi olaraq toplaşan, görüşlər keçirən separatçılar vəziyyəti müzakirə etməklə yanaşı, hər hansı bir ciddi açıqlama verməkdən də yayınırlar. Məsələn, Harutyunyanın Xankəndidəki tərəfdarları, David Babayanın siyasi fəalların nümayəndələri ilə keçirdiyi görüşlərin də gərgin keçdiyi sirr deyil. Həmin görüşlərdə verilən suallara cavab verməkdən ya yayınıblar, ya da mətləbə dəxli olmayan mövzulardan bəhs ediblər.

İrəvanda belə düşünürlər ki, Qarabağdakı erməni separatçıları Ermənistan hakimiyyətindən aldıqları təlimatlara uyğun hərəkət edir, Azərbaycanla aparılan danışıqlarda ümid bəsləyirlər. Eyni zamanda, Harutyunyanın Paşinyanla birlikdə hərəkət etdiklərinə düşünürlər.

Real vəziyyət isə belədir ki, Azərbaycan-Ermənistan danışıqlarında Qarabağ məsələsi müzakirə predmeti deyil. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib və bildirib ki, status mövzusu müzakirə olunmayacaq və müzakirəsi də mümkün deyil. Elə İrəvan da bu prosesi növbəti mərhələyə saxlamağı təklif edir. Paşinyanın son çıxışı zamanı “tələblərimizin səviyyəsini aşağı salmalıyıq” deməsi də, bunun əlamətlərindən biridir. Yəni, artıq Ermənistan da, Qarabağdakı separatçılar da anlayırlar ki, status mövzusu arxivə gedib. İndi müəyyən güzəştlər qoparmağın zamanıdır.

Erməni politoloq Danelyan isə deyir ki, Qarabağın xüsusi statusa malik olacağı və ya Bakının hər hansı bir fərqli status təklif edəcəyi inandırıcı olmamaqla yanaşı, mümkün də deyil. Onun sözlərinə görə, Azərbaycan ən yaxşı halda Qarabağdakı ermənilərə mədəni muxtariyyət verə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button