GündəmManşet

Qarabağdakı separatçılardan sarsaq xəyal: yeni “hərəkat” yaradırlar

44 günlük müharibədən nəticə çıxarmayan, Azərbaycanın tərkibində yaşamaqdan başqa çıxış yolları olmayan Qarabağdakı separatçılar yenidən aranı qarışdırmaq, təxribatlara əl atmaq və daha bir müharibəni alovlandırmaq istəyirlər. JAMAZ.İNFO xəbər verir ki, artıq bununla bağlı təxribatçı çağırışlar da eşidilməyə başlayıb.

Qeyd edək ki, avqustun 25-nə kimi Laçın şəhəri və Zabux qəsəbəsində yerləşmiş ermənilər evlərini tərk etməli, həmin ərazilər isə Azərbaycana verilməlidir. Bununla bağlı, Xankəndində oturmuş separatçıların nümayəndələri ilk addımı atmağa başlayıblar. Belə ki, onlar oradakı ermənilərin köçürülməsi prosesinə start veriblər.

Lakin Ermənistan və Qarabağdakı revanşist qruplar prosesin dinc yolla həyata keçməsində maraqlı deyillər. Belə ki, onlar Laçın və Zabuxu təhvil verməmək üçün “müqavimət hərəkatı” yaratmağa çalışırlar. Bir neçə gün əvvəl Ermənistandakı siyasi partiyalardan birinin rəhbəri bəyan edib ki, onlar ərazini tərk etməyəcək, sonadək müqavimət göstərəcəklər. Bunun ardından isə Qarabağdakı qondarma “ədalət partiyası” isə bu gün bəyanat yayıb. Həmin bəyanatda deyilir ki, Ermənistanda yaradılan həmin “hərəkat” guya, Qarabağdakı ermənilər tərəfindən də “böyük coşqu” ilə qarşılanıb. “Biz soydaşlarımızı Qarabağın müdafiəsi üçün hərəkat yaratmaq təşəbbüslərini alqışlayır, onlara yardım etməyə hazır olduğumuzu bildiririk. Bununla əlaqədar, toplaşma yerləri, kiminlə əlaqə saxlamaq barədə hər kəsə məlumat verəcəyik. Ümid edirik ki, erməni diasporu da bu prosesə qoşulacaq”.

P.S. Qarabağda yaşayan və ortalığı qarışdıran bir ovuc separatçı elə zənn edir ki, onları Ermənistan və diaspora xilas edə biləcək. Lakin Azərbaycan 44 günlük müharibədə isbat etdi ki, bütün dünya erməniləri yığılsa belə, bizi öz haqqişimizdən döndərə bilməz və bundan sonra da döndərə bilməyəcək. Ona görə də, boş və əbəs yerə Azərbaycan Ordusunun hədəfinə çevrilməsinlər. Çünki Azərbaycan Ordusu üçün Qarabağda əli silah tutan və müqavimət göstərən hər kəs terrorçudur və terrorçunun cəzası da məlumdur. Hər halda son “Qisas” əməliyyatından ibrət dərsi alsalar, yaxşı olar. Əks təqdirdə, günah bizdən getdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button