GündəmManşet

Qarabağdakı separatçıların “naziri” ayrı-ayrı adamlara 2 milyon dollar “atıb”

Qarabağdakı erməni separatçılarının çoxdanın dələduzları olduqları sirr deyil. İndiyə qədər Xankəndidə özlərinə yer edib, guya, “dövlət” quranların əsas hədəfi isə pul qazanmaqdan başqa bir şey olmayıb. JAMAZ.İNFO xəbər verir ki, Arayik Harutyunyanın Laçından tutmuş Ağdərəyə qədər böyük bir ərazidə nar, ərik bağları, balıq vətəgələri, habelə mədənlərinin olduğu da gizli məlumat hesab olunmur. Hərçənd Azərbaycan əsgəri 44 günlük müharibədə onu əlində olan bağlarına, vətəgələrinə və biznesinə həsrət qoyub.

Qeyd edək ki, Qarabağda təkcə Arayik bu işlərlə məşğul olmayıb. Elə Koçaryandan tutmuş, oradakı aşağı ranqlı separatçıya qədər hamısı pul qazanmaq üçün min yola baş vurublar. İndi isə hər şey əllərindən çıxıb. Hətta Xankəndindəki marketlər belə separatçıların deyil. Çünki orada yaşayan ermənilər ələ keçiriblər.

Belə olan vəziyyətdə, separatçılar pulu necə qazanmalıdırlar? Bildirək ki, onların bir qisminin İrəvanda biznesləri var. Bəzilərinin restoranı, bəzilərinin hotelləri, bəzinlərinin də supermarketləri mövcuddur. Zavod və ya fabriki olanlar isə çox azdır. Daha əvvəlki səviyyədə pul qazana bilməyən ermənilər indi yeni yola əl atıblar.

JAMAZ.İNFO xəbər verir ki, həmin yeni yolun ilk “qurbanı” isə Qarabağdakı erməni separatçıların nümayəndəsi, özünü “ərazi idarəetmə naziri” kimi təqdim edən Hayk Xanumyandır. Xəbər verək ki, Xanumyan dələduzluqda ittiham olunur. Onun bir neçə nəfərə toplam 2 milyon dollara yaxın pul “atdığı” üzə çıxıb.

Belə ki, müharibədən sonra Qarabağda bir sıra əkin sahələrinə sahiblənmə, habelə tikilən yeni evlərdən mənzillə təmin olunması, eyni zamanda, işə düzəltmə adı altında Xanumyan bir çoxlarına vəd verib və pul alıb. Həmin söhbətin üstü isə bu yaxınlarda açılıb və məlum olub ki, Xanumyanın bu işlərindən vaxtında xəbər tutulmasaydı, Qarabağda aldatmadığı erməni qoymayacaqdı.

Amma Xanumyan dələduzluq əməllərini təkcə, Qarabağla məhdudlaşdırmayıb. O, Ermənistanda da belə addımlar atıb. Hazırda “Ameribank”la qondarma “nazir” arasında borc qalmaqalı yaşanır. Belə ki, Xanumyan bankdan götürdüyü 500 min dollara yaxın krediti qaytara bilmir. Onun girov kimi göstərdiyi mülklərin isə heç birinin öz adına olmadığı da sonradan üzə çıxıb.

Erməni mediasının yaydığı məlumata görə, hazırda Hayk Xanumyan haqqında təhqiqat başlayıb. O dələduzluqda ittiham olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button