DünyaManşet

Qazaxıstanda aksiyalar dayanmır: Aktauda çadırlar qurulub

Qazaxıstanda yanvarın 2-dən etibarən başlayan etiraz aksiyaları əvvəlki günlərə nisbətən zəifləsə də, davam edir. JAMAZ.İNFO xəbər verir ki, hazırda ölkənin müxtəlif şəhərlərində etirazlar davam edir.

Qeyd edək ki, qazın bahalaşmasına etiraz olaraq başlayan aksiyaları yatırtmaq üçün hökumət qüvvələri KTMT-ni köməyə çağırıb. KTMT-nin katibi Stanislav Zas bildirib ki, Qazaxıstana göndərilmiş hərbi birliklər ölkədə həyata keçirilən “antiterror əməliyyatları”nda iştirak etməyəcək.

Bu əsnada, Aktau şəhərində etirazçılar hökumət qüvvələrinin zorakılığına baxmayaraq, səngimək bilmir. Şəhərin mərkəzinə toplaşmış insanlar əsas meydanda qərarlaşıblar. Onlar hakimiyyət istefaya getməyənə qədər etirazlarına davam edəcəklər. Elə bu səbəbdən də mərkəzi meydanda iki çadır qurublar və hamını həmin “yurt”un başında toplaşmağa çağırırlar.

Atırau şəhərində isə paytxtdan göndərilən hərbi qüüvələrin yardımı ilə aksiya dağıdılıb. Toqquşma nəticəsində 35 polis əməkdaşının yaralandığı bildirilir. Eyni zamanda, 104 aksiya iştirakçısının həbs edildiyi deyilir.

JAMAZ.İNFO xəbər verir ki, bu gün axşam saatlarında Qazaxıstan hökuməti etiraz aksiyaları başlayandan bəri dəymiş zərərlə bağlı ilkin rəqəmləri açıqlayıblar. Rəsmi məlumata görə, aksiyalar başladıqdan yanvarın 7-nə kimi, biznes obyektlərinə və iqtisadi sahələrə dəyən zərər 200 milyon dollar təşkil edib. “7 yanvar 21:00-a kimi Qazaxıstan ərazisində 848 biznes subyektinə, 1021 biznes obyektinə zərər dətib. O cümlədən Almatıda 789 subyekt və 950 obyekt zərər görüb. İlkin hesablamalara görə, dəymiş ziyan 87,2 milyard təngə vəö ya 200 milyon dollar olub. Bu zərərin 85,8 milyard təngəsi isə Almatının payına düşüb”.

Qazaxıstan hakimiyyəti isə yeni hökuməti formalaşdırmaq üçün ilkin addımlar atmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, prezident Kasım Comart Tokayev yeni hökumət başçısının adını yanvarın 11-də açıqlayacağını bəyan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button