CəmiyyətManşet

Qrımızı Bazar-Şuşa yolu bir neçə aydan sonra bağlanacaq?

“Azərbaycan tərəfi Qırmızı Bazar-Şuşa yolundan bir müddət istifadə edəcək. Bu uzun çəkməyəcək”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağdakı erməni separatçılarının nümayəndəsi Artak Beqlaryan deyib.

Onun sözlərinə görə, ara-sıra Qarabağ erməniləri ilə azərbaycanlılar arasında insidentlər yaşanır. O qeyd edib ki, rus sülhməramlılarının sayəsində problemin daha geniş yayılmasına və toqquşmaların geniş miqyas almasının qarşısı alınır. O deyib ki, Qırmızı Bazar-Şuşa yolunun təhlükəsizliyi yüksək səviyyədə təşkil olunub. “Azərbaycan tərəfi bir çox hallarda Qırmızı Bazar- Şuşa yolundan istifadə edərkən, məqsədli şəkildə təxribatlar edir. Lakin bir neçə aydan sonra onlar bu yoldan istifadə etməyəcəklər”.

Beqlaryan onu da deyib ki, rus sülhməramlıları Qarabağda uzun müddət qalacaqlar. Onun sözlərinə görə, həmin kontingent Qqarabağın təhlükəsizliyinin təminatçısıdır. “Mən hesab edirəm ki, rus sülhməramlılarının Qarabağda qalma müddəti 5 illə məhdudlaşmayacaq. Hansı qərar veriləcək, bunu zaman göstərəcək və böyük dövlətlərin fəaliyyəti müəyyən edəcək. Lakin mən əminəm ki, rus sülhməramlıları burada uzun müddət qalacaq və bizim təhlükəsizliyimizi təmin edəcəklər”.

Qeyd edək ki, Artak Beqlaryan Arayik Harutyunyanın “əl uşağıdır”. Bir müddət Qarabağda “ombudsman” kimi çalışan Beqlaryan, bir müddət qondarma “aparat rəhbəri” olub. Daha sonra isə Harutyunyan onu “dövlət naziri” “post”una təyin edib.

Bildirək ki, Azərbaycan tərəfi Qarabağ münaqişəsinin başa çatdığını, ərazi bütövlüyünün təmin edildiyini bəyan edib. Qırmızı Bazar-Şuşa yolunun davamlı açıq qalması isə Bakının istəyi ilə reallaşacaq və ermənilərin nəsə deməsinin heç bir əhəmiyyəti yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button