GündəmManşet

Rəsmi İrəvan: “Dəhliz məsələsi heç vaxt müzakirə edilməyəcək”

“Ermənistan hakimiyyəti heç vaxt “Zəngəzur Koridoru” məsələsini müzakirə etməyib və bundan sonra da müzakirə etməyəcək”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Ermənistan hökuməti aparatının rəhbəri Aarsen Torosyan deyib.

Torosyan qeyd edib ki, hakimiyyət bu məsələ barəsində dəqiq və birmənalı şəkildə dəfələrlə açıqlama verib. O əlavə edib ki, heç bir sənəddə “Zəngəzur Koridoru” sözü yazılmayıb.

Bildirək ki, Ermənistan tərəfi artıq bir həftədir ki, 10 noyabrda imzalanmış bəyanatın şərtlərinin qüvvədən düşdüyünü dolayı yolla dilə gətirməyə başlayıb. Xüsusən də, həmin sənəddə Azərbaycan və Nnaxçıvanı birləşdirəcək nəqliyyat yolunun açılması məsələsindən imtina edir.

Qeyd edək ki, Azərbaycan tərəfi şərtlərin yerinə gətirilməsini tələb etməklə yanaşı, “Zəngəzur Dəhlizi”nin də açılmasını israr edir. Hətta rəsmi Bakı bəyan edib ki, əgər Ermənistan buna razılıq verməsə, o zaman Azərbaycan onu zorla reallaşdıracaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button