AraşdırmaManşet

Rövnəq Abdullayevin 3 milyon dollarlıq maşın kolleksiyası – FOTOLAR

Tanınmış blogger Mehman Hüseynov məmurların sərvəti ilə bağlı apardığı araşdırmaları davam etdirir. JAMAZ.İNFO xəbər verir ki, bloggerin yeni araşdırması SOCAR prezidenti Rövnəq Abdullayevlə bağlıdır.

Belə ki, Hüseynov SOCAR rəhbərinin 2013-cü ildən 2020-ci ilə qədər aldığı bahalı maşınların fotolarını yayımlayıb. O yazır ki, Rövnəq Abdullayev həyatda pulu 2 şeyə xərcləyir: bahalı saatlar sevir və ən əsası, bahalı maşınlar. Blogger Rövnəq Abdullayevin necə varlandığını və ona məxsus olan 99-AA-999 və 10-AA-999 dövlət nişan nömrələri hansı maşınlarda olduğunu nümayiş etdirib.

O qeyd edir ki, SOCAR prezidenti 2013-cü ildən 2020-ci ilə qədər hər il hələ yalnız xidməti maşınlarını dəyişib. “Elə dövr olub ki, o ildə ən azı maşınını 2 dəfə dəyişib. İndi təsəvvür edin ailəsinə məxsus olan maşınları araşdırsaq, nələr çıxacaq. Və ən maraqlı məqam odur ki, Rövnəq Abdullayevin bir çox maşını zirehlidir. Nədən qorxur?”

Araşdırma zamanı bəlli olub ki, 2013-cü ildə Rövnəq Abdullayevin xidməti maşını “Audi A8” olub. Lakin bir il sonra həmin maşını “Mersedec S600” markalı avtomobillə əvəzləyib. 2015-ci ildə isə SOCAR prezidenti özünə “Mersedes S500” markalı maşın alıb. “2017-də Rövnəq Abdullayevin könlü “MAYBACH” istəyir. Amma iki il sonra “Maybach”ı bəyənmir, daha bahalı olan “Range Rover” alır”.

Mehman Hüseynov yazır ki, 2020-ci ildə Rövnəq Abdullayevin sağlamlığında problem yaranır. Elə həmin vaxt “Range Rover”i “BMW 740” markalı maşınla dəyişir.

Qeyd edək ki, sadalanan avtomobillərin toplam qiyməti orta hesabla 2-3 milyon dollara yaxın pul edir. Bir dövlət şirkətinin rəhbəri büdcənin pulu ilə 7 ilə 2-3 milyon dolları təkcə avtomobilə xərcləyirsə, onun öz əyləncəsi və digər konfortuna bundan qat-qat artıq xərclədiyini demək çətin deyil. Onun milyonluq mülklərinin olduğu, xaricdə böyük biznesə sahib olması, Türkiyədən İsveçə, Rumıniyadan Moldovaya qədər SOCAR-ın pullarını dağıtması da gizlin məsələ deyil. Elə bu səbəbdəndir ki, Türkiyədəki dayısı oğlu bir stakan çaya 150 dollar pul ödəyir. Oğlu 2 milyon dollarlıq saat taxır. Və bütün bu pulların hamısını öz şəxsi qazancı ilə deyil, dövlətdən oğurladıqları hesabına edir.

Halbuki SOCAR-ın pullarını silmək üçün bir sıra mənasız layihələr həyata keçirən şirkət rəhbərliyi hal hazırda böyük borc içindədir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

P.S. Xatırladaq ki, fotşəkillər blogger Mehman Hüseynova məxsusdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button