GündəmManşet

Rus ekspertdən Azərbaycana təhdid: “Sülhməramlıları çıxarsanız, müstəqilliyinizi sual altına qoyarıq”

Rusiya heç bir zaman nəinki Azərbaycanın, ümumiyyətlə heç kimin dostu olmayıb. Səbəbsiz yerə “ayı” ləqəbini də qazanmayıb. Çünki heç bir məsələni dinc və ya diplomatik yolla həll etməkdə maraqlı deyil. Nəticədə, çevrəsində və çevrəsindən kənarlara hücumlar etməklə, qətliamlar törətməklə tanınıb.

Ukraynada burunu bərk əzilən Rusiya, bir tərəfdən vəziyyətdən necə çıxmağın yollarını axtarmalı olduğu halda, digər tərəfdən də həyasızlığını yerə qoymur. Üstəlik, prosesi Ukrayna ilə yekunlaşdırmayıb, qonşu dövlətlərə də hədə gəlməyə başlayıb. Sırada Azərbaycan da var. Düzdür, Kreml bunu hələlik açıq şəkildə demir. Amma adamları vasitəsi ilə mesajlarını çatdırır.

Rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov iddia edir ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qələbəsi baş tutmaya bilərdi.

“Çünki Rusiya Qarabağın hüquqi-coğrafi sərhədlərində, Gümrüdə hərbi birləşmələr yerləşdirə və hərbi ssenarinin qarşısını almaq və tərəfləri sülh danışıqlarına stimullaşdırmaq üçün hərbi əməliyyatları dayandırmağın zəruriliyini bəyan edə bilərdi”.

Tarasov daha sonra Rusiyanın rolunu bir qədər önə çəkərək, deyib ki, Moskva Bakıya ikinci Qarabağ müharibəsində qələbəyə səbəb olan bəzi mühüm nüanslar verdi.

Rusiya Ankaranın vasitəçiliyindən tamamilə imtina edə bilərdi. Amma yenə də Rusiya buna getmədi. Buradan 5 il ərzində sülhməramlılar faktoru yaranıb, indi Bakı onların müvəqqəti olduğuna eyham vuranda, biz Gülüstan müqaviləsini, Türkmənçay müqaviləsini yada salacağıq. Bunun kimin torpaqları olduğunu xatırlayacağıq. Mən Bakıya belə oyunlar oynamağı məsləhət görmürəm. Onlar əldə etdiklərinə görə minnətdar olmalı və Rusiya sülhməramlıları məsələsində çox diqqətli davranmalıdırlar”.

Rus ekspert bunun ardından tədidlərini davam etdirib. O deyib ki, Azərbaycanlılar danışıqlar aparmalı, ermənilərə aydan yadplanetli kimi baxmamalıdırlar.

“Bunlar rayonun avtoxton insanlarıdır, qədim tarixə malikdirlər. Anklavlar məsələsini həll etmək lazımdır, Qarabağ erməniləri ilə necə davranmaq lazım olduğunu müəyyən etmək lazımdır. Əgər onlar Azərbaycan vətəndaşıdırsa, münasibətinizi dəyişin, Azərbaycan vətəndaşı deyillərsə, müvafiq status verin. Onlar çalışırlar ki, əks hərəkətlərdə hamıdan üstün olsunlar, Qərbdən üstün olsunlar, Moskvadan üstün olsunlar. Ukrayna artıq bu oyunu oynayıb. Zaqafqaziyada vəziyyəti qaynar nöqtəyə gətirməyə ehtiyac yoxdur ki, Moskva ayılsın, həm də öz hüquqlarını bəyan etsin”.

Və Tarasov bu təhdiləri ilə kifayətlənməyib, daha da irəli gedərək, Azərbaycanın Rusiya ərazisi olduğunu, İranla danışıq apararaq, müstəqilliyimizə son verə bilcəklərini də dilə gətirib.

“Qarabağ 1813-cü ildə Rusiya imperiyasının tərkibinə daxil oldu. İstəsəniz də, istəməsəniz də, bu bir faktdır. Onda Azərbaycan yox idi. Bunlar Fars imperiyasının tərkibində olan xanlıqlar idi. Türkmənçay müqaviləsinin denonsasiyası məsələsini dəfələrlə gündəmə gətirən İranla danışıqlarda Azərbaycanın özünün mövcudluğunun statusu məsələsini qaldıra bilərik. Bu oyunları oynamaq lazım deyil, daha sadə, daha sadiq, daha ağıllı olmalısınız”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button