GündəmManşet

“Rus hərbi gəmiləri Abşeronda görünməyənə kimi, Bakı əsirləri qaytarmayacaq”

44 günlük müharibə bitdikdən sonra Azərbaycan ərazilərinə qanunsuz keçən, habelə silahlı dəstə yaradaraq, bir neçə əsgərimizi və mülki vətəndaşımızı şəhid edən erməni diversantların geri qaytarılması məsələsi xarici mətbuatda geniş müzakirə olunur. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan tərəfi Ermənistanın təkidli istəklərinə rəğmən, əsir götürülən terrorçuları geri vermək niyyətində olmadığını bəyan edib.

Hətta bu yaxınlarda məsələ ilə bağlı Ermənistanda qalmaqal da yaşanmışdı. Belə ki, Qarabağdakı rus sülhməramlıların komandanı Rüstəm Muradovun Bakıya səfəri zamanı onun erməni əsirləri özüylə geri gətirdiyinə dair İrəvan rəsmiləri açıqlama yaymışdı. Lakin məlum oldu ki, təyyarə boşdur və Bakı diversantları vermək niyyətində deyil. Hadisədən sonra Rüstəm Muradov açıqlamasında bəyan etmişdi ki, Paşinyan hökuməti yalan danışıb və hər hansı bir əsir dəyişdirmədən söhbət getmir. Onun sözlərinə görə, Ermənistan rəsmilərinin açıqlaması öz ağıllarının məhsulu olub.

Bunun ardından Rusiya mətbuatı Muradovun müdafiəsinə qalxıb. Məsələ belədir ki, rus mediası, təbii ki, Kremlin göstərişi ilə Rüstəm Muradovun ermənilər tərəfindən hədəfə götürüldüyünü, onu çətin vəziyyətə salmaq istədiklərini, habelə “yalançı imici” formaladırdıqlarını yazıblar.

Amma erməni tərəfi də dayanmaq bilmir. JAMAZ.İNFO xəbər verir ki, ABŞ Dövlət Departamenti ilə yanaşı, Avropa Birliyi və ATƏT-ə davamlı olaraq müraciət edərək, onlardan Azərbayacana təzyiq etmələrini istəyir. Yenə də rus mediası iddia edir ki, xüsusən ABŞ hökuməti Azərbaycana doversantların geri verilməsi məsələsində təzyiq göstərir. Lakin bu təzyiqlər hələ ki, ən pik həddə deyil. Rus ekspertlər hesab edirlər ki, təzyiqlərin şiddətlənməməsinin səbəbi ABŞ-ın hələlik Qafqazda ciddi təsir rıçaqlarının formalaşmaması ilə bağlıdır.

Erməni ekspertləri isə hesab edirlər ki, prosesə Rusiya da qoşulmalıdır. Məsələn, Qafqaz İnstitunun rəhbəri, politoloq Aleksandr İsgəndəryan açıqlamasında vurğulayır ki, İlham Əliyevin Nikol Paşinyandan nə sitədiyini bilir. “Mən bilirəm ki, İlham Əliyev Paşinyandan nə istəyir. Bu, Mehri dəhlizi ilə bağlıdır. Azərbaycan əsirlərin müqabilində Mehri dəhlizinin açılmasını istəyir. Çünki ona Naxçıvana və Türkiyəyə birbaşa çıxış lazımdır”.

Digər erməni politoloqlar isə deyirlər ki, Azərbaycanı sıxışdırmaq və erməni diversantları geri almaq üçün Rusiya özünün təyyarə daşıyan gəmilərini Abşeron yarmadasına çıxarmalıdır. “Rusiyanın hərbi gəmiləri Abşeron yarmadasında görünməsə, Azərbaycan əsirləri verən deyil. Ona görə də, Moskva bu addımı atmalıdır. Çünki Qafqazda Rusiyanın yeganə müttəfiqi Ermənistandır”.

Lakin istər Qərb, istər erməni, istərsə də rus politoloqları etiraf edirlər ki, Mmoskva bu varianta getməyəcək. Onlar hətta Kremlin indiki məqamda erməni diversantların geri alınmasına qarışmır. Bunun da konkret səbəblərinin olduğunu vurğulayırlar. Onlar deyirlər ki, hazırda Ermənistanda Rusiyanın maraqlarına cavab verməyən, Soros Fondunun ciddi dəstəyi ilə hakimiyyətə gələn Paşinyan hökumət başçısı olduğu müddətdə Moskva onlara heç bir kömək etməyəcək.

Hərçənd Azərbaycan tərəfi erməni diversantları günün birində geri qaytaracaq. Onları əbədi olaraq həbsxanada saxlamaq fikrində də deyil. Sadəcə, bu imkanı yaxşı “bazarlıq predmetinə” çevirib, “baha qiymətə satmaq” istəyir. Hədəfin konkret olaraq nə olduğu hələlik məlum deyil. Lakin bilinən odur ki, Bakı erməni silahlı dəstələrinin Qarabağda çıxarılmasını, Mehri dəhlizinin açılmasını, qaçqınların öz yurdlarına dönməsini istəyir. Və bunu nəinki şərt, tələb kimi ortaya qoyur. Bir çox təsir vasitələri ilə yanaşı, hazırda Ermənistanın daxilindəki vəziyyəti nəzərə alıb diversantların məsələsini də əlində vacib rışaq kimi saxlayır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button