ManşetÖlkə içi

Rus mediası: “Əgər Rusiya Qarabağ məsələsində güzəştə getməsəydi, Yeniçəri ordusu Qafqazda olmazdı”

Rusiyada nəşr olunan “Azad Media” nəşri Soçidə Putin və Ərdoğanm arasında keçirilmiş görüşlə bağlı maraqlı məlumat paylaşıb. JAMAZ.İNFO xəbər verir ki, Aleksandr Sitnikovun müəllifi olduğu məqalədə Rusiya və Türkiyə arasında hələlik şifahi, yaxın zamanlarda isə yazılı razılaşmaların olduğunu qeyd edib.

Müəllif “Putin və Ərdoğan Krım, Qarabağ və İdlib məsləsində alver edib?” başlıqlı məqalədə müəllif yazır ki, ortada tərəflərin bir-biri ilər razılaşdığı üç məsələ var. O bidinci olaraq, “Türk axını” qaz xəttinin bundan sonra da işləyəcəyi, qarşılıqlı investisiyaların qoyulacağı və xarici ticarət dövriyyəsinin 100 milyarda çatdırıllacağında razılaşma olduğunu vurğulayıb.

Sitnikov qeyd edir ki, ikinci məsələ Krımla bağlıdır. “Putin nümayiş etdirdi ki, Ərdoğanın Krımla bağlı dedikləri onu narahat etmir”.

Müəllif tərəflərin Qarabağ məsələsində də anlaşdıqlarını iddia edir. “Rusiya özünü hər nə qədər ermənipərst kimi göstərsə də, Qarabağ məsələsində güzəştə gedib. Bunun əyani sübutu kimi, Kremlin Yeniçəri ordusunu (Türkiyə ordusu nəzərdə tutulur) Qafqaza buraxmasını göstərə bilərik. Əgər güzəşt olmsaydı, Türk ordusu bu gün Qafqazda olmazdı”.

Rus müəllif yazır ki, bu üç anlaşmaya rəğmən,İdlib məsələsində hər hansı razılaşmanın olduğu diqqəti çəkmir. “O görüntünü yaradırlar ki, Ərdoğan bu üç razılaşmaya görə, balıaca İdlibdən imtina edib. Lakin görünən odur ki, Ərdoğan öz mövqeyindədir. Bu isə o deməkdir ki, yaxın günlərdə Suriyanın şimalında vəziyyət yenidən gərginləşəcək. Güman ki, Ankaraya vaxt lazım idi və həmin vaxtı da qazandı”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button