DünyaManşet

Rusiya Ermənistanda yeni oyun qurur: Yeni hərəkatı yaradıldı, Koçaryan siyasətə qayıtdı

Bir neçə gün əvvəl Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımının əsas günahkarlarından biri olan Robert Koçaryanın Moskvaya səfər edəcəyi, orada siyasi elita nümayəndələri ilə görüşəcəyi barədə məlumat yayılmışdı. Lakin sonradan məlum oldu ki, bu görüşlər pandemiya ilə əlaqədar internet üzərindən reallaşıdırılıb. Lakin uyğun vaxt yaranan kimi, Koçaryanın Moskvaya gedəcəyi bildirilirdi.

JAMAZ.İNFO xəbər verir ki, Moskva ilə keçirilən görüşlərin ardından Koçaryan bəyanatla çıxış edərək, böyük siyasətə qayıtdığını bildirib. Onun sözlərinə görə, hazırda Ermənistan siyasətində “başadüşülən və güclü şəxsiyyətə” ehtiyac var. “Qarşıdakı parlament seçkiləri ikiqütblü olacaq. Hazırda hakimiyyətdə olanlarla keçmiş hakimiyyətdə olanlar arasında keçiriləcək”.

Köçəryan deyib ki, erməni cəmiyyəti indiyə qədər populzimi, rəngli inqilabların “dadına baxıb”. “Bu gün yeni simalara təlabat var. Hansı ki, professional idarəedicilərdən ibarət olmalıdır. Mübarizə apara bilən, bacarıqlı komanda artıq Ermənistanda var”.

Ermənistanın sabiq prezidenti Rusiyaya yalmanmaqdan da qalmayıb. Belə ki, Koçaryan Navalnı ilə Paşinyanı eyniləşdirib. “Navalnı ilə Paşinyanın birləşdirən çox məqamlar var. Xüsusən də istifadə etdikləri texnologiyalar və keçmişləri”.

O hesab edir ki, belə adamların meydana çıxması antisistemli trenddir. “Belələri, internet və sosial şəbəkələr üzərindən məlumat yaymaqla uğur qazana bilirlər. Rusiyada bu proses artıq başlayıb. Təəssüf ki, kifayət qədər ciddi şəkildə”.

JAMAZ.İNFO xəbər verir ki, bu əsnada başqa bir maraqlı hadisə baş verib. Belə ki, Ermənistanda Rusiya ilə ittifaqın daha da dərinləşdirilməsi üçün yeni hərəkat yaradılıb. “Rusiya ilə güclü Ermənistan. Yeni İttifaq Uğrunda” Hərəkatını Ermənistandakı “Qarabağ klanı” və Rusiya tərəfdarları təşkil ediblər. Məlumata görə, hərəkatda əsasən tanınmış mədəniyyət, siyasət və ictimai şəxslər təmsil olunurlar.

Hərəkatın əsas məramı Rusiya ilə münasibətlərin yenidən qurulması, güclü bir şəkildə təşkil edilməsi, müttəfiqlik səviyyəsini daha da dərinləşdirmək, hərbi yardım və ittifaqın yenilənməsi və gücləndirilməsidir. Bir sözlə, hərəkatın əsas məqsədi Ermənistanı bütün varlığı ilə Rusiyanın ayaqları altına atmaqdır.

Ermənilər hesab edirlər ki, Qarabağdakı rus sülhməramlıları ilə əməkdaşlıq etmək, Ermənistan ordusunun gücünü artırmaq lazımdır və bunun üçün Rusiyanın bütün imkanlarından istifadə olunmalıdır. “Biz inanırıq ki, Ermənistanın suverenliyi, Qarabağın müstəqilliyi, həmçinin ölkənin gələcəyi və inkişafı Rusiya ilə yeni siyasi ittifaqın qurulması ilə mümkündür”.

JAMAZ.İNFO xəbər verir ki, hərəkəatda təmsil olunanlardan biri “Konstitutsion Hüquqular İttifaqı” Partiyasının rəhbəri, keçmiş deputat Qaqik Babuxanyandır. Bir digəri isə qondarma “DQR”in keçmiş “baş naziri” Anuşavan Danelyandır.

Qeyd edək ki, Eermənistanda Rusiya tərəfdarlarının yeni hərəkat yaratmaları, buna paralel olaraq Koçaryanın böyük siyasətə qayıdışını bəyan etməsi təsadüfi deyil. Böyük ehtimalla, hazırda Ermənistanda əsas müxalif qüvvə olan Manukyan və başının dəstəsi baş nazir Nikol Paşinyanı devirə bilməməsi Rusiyanın planlarının pozulmasına gətirib çıxardı. Belə olan təqdirdə, Kreml ikinci variantını işə salıb ki, bu da əsas müttəfiqi olan Koçaryanı yenidən siyasətə qaytarmaq və onun əli ilə Ermənistanı yenidən ələ keçirməkdir.

Maraqlı məqamdır ki, Rusiyanın Ermənistanda əsas dayaqları dəyişməyib. Lakin bəlli olan həm də odur ki, istər Koçaryan, istər Manukyan, istərsə də bu düşərgədə olan rusofillərin ölkə içində ciddi nüfuzları qalmayıb. Xüsusən də, “Qarabağ klanı”nın üzvləri olan Koçaryan, Sarkisyan və digərlərinə yerli ermənilər nifrət edilir. Buna səbəb də onların korrupsiyaya qurşanmaları, yerli ermənilərə hörmət etməmələri, habelə bütün dolanışıq yerinin “klana” verilməsi idi. İndi həmin qüvvənin yenidən formalaşıb, Paşinyanı devirə biləcəyi bir qədər inandırıcı görünmür. Daha doğrusu, bu uzun müddət vaxt aparacaq.

Digər tərəfdən, Rusiyanın son hərəkətləri onu göstərir ki, Kreml Ermənistan parlamentində daha çox səsə malik olmağa çalışır. Elə bu ərəfədə yeni hərəkatın yaradılması, Koçaryanın siyasətə qayıtmasını dilə gətirməsi aydın şəkildə göstərir ki, hərədf seçkilər və daha çox deputatla təmsilçilik qazanmaqdır. Ancaq Ermənistandakı son vəziyyət belə deməyə əsas verir ki, Kkoçaryan və başının quldur dəstəsi seçkilərdə ciddi uğur qazana bilməyəcək. Çünki Paşinyan keçmiş hakimiyyətdən fərqli olaraq, ölkədə normal biznes mühiti yaratmağa nail olmuşdu. Həmçinin korrupsiyanın səviyyəsi aşağı düşmüşdü, bürokratik əngəllərin aradan qaldırılması qismən də olsa reallaşdırılmışdı. Ona görə də, erməni cəmiyyəti Qarabağda məğlub olan Paşinyanı devirmək istəyənlərlə birlikdə olmaqdan çəkindi. Əksinə, etiraz aksiyalarına çıxmamaqla baş nazirə dolayı dəstəklərini ifadə etdilər.

Məlum olan odur ki, Rusiya Ermənistanda yeni oyun qurur. Bu dəfə Paşinyanın üstünə Koçaryanı, Sarkisyanı və ölkə içində nifrət edilən və nüfuzu olmayan “Qarabağ klanı”nı göndərir. Hədəf Paşinyanı devirməkdir. Bu baş verməzsə, parlamentdə lazım olan həddə səsə sahiblənməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button