DünyaManşet

Rusiya-Ukrayna müharibəsi başladı: Bir rus təyyarəsi vurulub, Kiyev və digər şəhərlər raket atəşi altındadır

Xeyli müddətdir gözlənilən müharibə başladı. JAMAZ.İNFO xəbər verir ki, Rusiya bu səhərdən etibarən Ukraynanı işğal etmək üçün hücuma keçib. Səhər saatlarından etibarən Ukraynanın bütün şəhərlərinə raket zərbələri endirilir.

Son məlumatlara görə, Kiyev, Mariopol, Odessa, Xarkov və digər şəhərlər rusların raket hücumuna məruz qalıb. Rusiya tərəfi iddia edir ki, Donbasda hərbi əməliyyat keçirmə\yə başlayıb və bununla əlaqədar Ukraynanın bütün havadan müdafiə sistemlərini sıradan çıxarmağa başlayıb.

Rusiyanın prezidenti Vladimir Putin səhər saatlarında rus xalqına müraciət edərək, Ukraynanı işğal etmək istəmədiklərini bildirib. O hərbi əməliyyatların Donbasın ərazi bütövlüyünü təmin etmək üçün başlatdıqlarını deyib.

Ukrayna prezidenti Volodimir Zelinski isə ukrayna xalqına müraciət edərək, müharibənin başladığını bəyan edib. O, sonadək mübarizə aparacaqlarını, hücum etməyəcəklərini bildirib. Zelinski deyib ki, müharibə istəmirlər və bu səbəbdən də gecə saatlarına Putinlə danışmaq istəyib. Lakin Moskva onun telefon zənglərinə cavab verməyib.

Ukraynadan isə həyacanlıə xəbərlər gəlməkdədir. “Reuters”in yaydığı xəbərə görə, ölkənin şərqində Ukrayna ordusu bir rus hərbi təyyarəsini vurub.

Rus ordusunun Odessa şəhərinə çıxdığı barədə məlumatlar isə Kiyev tərəfindən təkzib olunub. Bu ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, Rusiyanın raket hücumlarının da qarşısı alınıb.

Rusiya Müdafiə Nazirliyi açıqlama verərək, Ukraynanın havadan müdafiə sistemlərini, dəniz bazalarını və hava qüvvətlərini vuraraq, sıradan çıxardığını iddia edib. Bu zaman isə xüsusi dəqiqliklə vuran raketlərdən istifadə etdiklərini vurğulayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button