İqtisadiyyatManşet

Rüsumlar artırılır: Dövlət vətandaşı nə qədər xərcə salacaq?

Xəbər verildiyi kimi, parlamentdə 226 adda dövlət rüsumunun artırılması ilə bağlı müzakirələr aparılır. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Milli Məclisi indiyə qədər hökumətin heç bir təklifini geri qaytarmadığından, bu qərarı da qəbul edəcəyi şübhə doğurmur.

Bəs, bu rüsum artımı vətəndaşın cibindən nə qədər pul “oğurlayacaq”? Yəni, həmin artımlar vətəndaşı nə qədər artıq xərcə salacaq? Məsələ ilə bağlı açıqlama verən ADRP sədri, tanınmış iqtisadçı-alim Qubad İbadoğlu bildirin ki, rüsumların qaldırılması əhaliyə əlavə olaraq 193,5 milyon manat xərc yaradacaq.

Onun sözlərinə görə, 2021-ci ilin büdcəsində dövlət rüsumlarının məbləği 170 milyon manat proqnozlaşdırıldığı halda, gələn il bu mənbədən 363 milyon 500 min manat vəsait toplanması planlaşdırılır. “Gördündüyü ki, rüsumların artması əhalinin əksər hissəsi üçün yaşam şərtlərinin çətin olduğu indiki dövrdə əhalinin xərclərini əhəmiyyətli dərəcədə artırcaq. Hesab edirəm ki, dövlət rüsumlarının əsaslandırılmadan kütləvi və yüksək artımları ilə bağlı dəyişikliklər əmək haqları 2 ildir ki, artmayan əhalini daha da pis duruma salmağa hesablanıb. Rüsumların artımı həmçinin bir sıra ərzaq məhsullarının qiymətini, eləcə də xidmətlərin tariflərini də yüksəldəcək”.

İbadoğlu deyib ki, bu dəyişikliklərə hər kəsin etirazı vacibdir. “Hökümət isə bu sahədə şəffaflığı təmin etməli, rüsumu qaldırılan xidmətlərin maya dəyərinin tərkibinə daxil edilən xərc elementlərini açıqlamalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button