GündəmManşet

Rüşvətə görə həbs olunan gömrük işçiləri azadlığa buraxıldı, biri isə bəraət aldı

Xəbər verildiyi kimi, keçən il Dövlət Gömrük Komitəsində keçirilən əməliyyat nəticəsində bir sıra qanun pozuntularına, habelə maliyyə maxinasiyaları və rüşvətə yol vermiş 8 nəfər həbs olunmuşdu. JAMAZ.İNFO xəbər verir ki, bu gün həmin gömrükçülərin məhəkəməsində yekun qərar verilib.

Məhkəmənin qərarına əsasən, saxlanılan 8 gömrük əməkdaşlarından 7-si azadlığa buraxılıb. Onlardan birinə isə bəraət verilib. Meydan TV-nin əməkdaşı Həbib Müntəzir yazır ki, prokurorun 8 il iş istədiyi həmin gömrük işçilərinin əksəriyyəti heç də kiçik vəzifə sahibi olmayan şəxslərin qohumlarıdır.

Həmin məlumata görə, azadlığa buraxılan şəxslərdən biri Emin Xəlilovdur. O, Gömrük Komitəsinin “Azterminal” idarəsinin rəisinin kürəkəni Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru işləyib. Bir digəri isə Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkəni Orxan Zöhrabovdur.

Bu gün azadlığa buraxılan Elmir Mirzəyev isə Bakı Şəhər İcra Hakimiyyətin başçısının müşaviri, keçmiş polis general-mayoru Səhlab Mirzəyevin qardaşı oğlu Elmar Mirzəyevdir.

JAMAZ.İNFO xəbər verir ki, azadlığa buraxınalanlardan daha biri olan Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev də sabiq baş nazirin qohumuymuş. Belə ki, o, 20 il Naxçıvanın baş naziri olmuş Əlövsət Baxşıyevin qardaşı oğludur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button