ManşetÖlkə içi

Səfər Mehdiyevin ölkədən çıxışına qadağa qoyuldu

Bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub. JAMAZ.İNFO xəbər verir ki, sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlıdır.

Məlumata görə, aparılan istintaqın gedişatından asılı olaraq Səfər Mehdiyevin aqibətinə qərar veriləcək. Bəzi mənbələr onun həbsini mümkün hesab edirlər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatları çərçivəsində adıçəkilən qurumun rəhbərliyində olan bir sıra generallar həbs edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button