ManşetMedia

Şəhid ailələri baş redaktoru məhkəməyə verirlər

Masallı rayonundan olan bir qrup Şəhid ailəsi Cenub.az saytının rəhbəri Zahir Əmənovu məhkəməyə verib. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb bir neçə gün əvvəl işdən çıxarılan rayonun icra başçısı Şahin Məmmədovla Şəhid ailələrinin vida mərasimi barədə məqalə yazmasıdır.

Onlar hesab edirlər ki, Zahir Əmənov dərc etdiyi məqalədə Şəhid ailələrini təhqir edib, şərəf və ləyaqətlərini alçaldıb. Onlar yazırlar: “Zahir Əmənov şəhid ailələrinin keçmiş icra başçısı ilə görüşə zorla gətirildiyini və kiminsə təşkilatçılığı ilə bunun baş tutduğunu yazıb. Hətta , təxribat , iğtişaş və şəhid ailələrinə qarşı mənfi fikir yaratmaq məqsədilə qeyd edir ki, guya, biz şəhid ailələri prezidentin müvafiq sərəncamı ilə razılaşmırıq. Biz Azərbaycan vətəndaşları olaraq, cənab prezidentin sərəncamlarının birmənalı olaraq,  müzakirə olunmadığını bilirik və bunun məsuliyyətini hiss edirik”.

Şikayət etməyə hazırlaşan Şəhid ailələri bildiriblər ki, hadisə heç də Cenub.az saytında yazıldığı kimi olmayıb. “Biz Şəhid Sübhan Həsənovun doğum günü münasibətilə valideynlərinin yaşadığı Masallı şəhərindəki mənzilə toplaşmışdıq. Bu an şəhid valideynlərindən biri gələrək bildirdi ki, keçmiş icra başçısı Şahin Məmmədovu Şəhidlər Xiyabanında görüb. Bu xəbəri eşidən kimi, bütün şəhid valideynləri həmin istiqamət üzrə getməyi qərara aldıq. Bizə bildirildi ki, Şahin Məmmədov əvvəllər yaşadığı evdədir və hal-hazırda əşyaları toplanır. Biz də həmin evə getdik. Səmimi görüş baş tutdu. Görüşdə Masallı rayonunun bütün rəsmi şəxsləri orada idi. Şahin müəllimə bizə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edərək, oradan ayrıldıq. Hətta Şahin müəllim bizimlə evdən çıxaraq, bizi yola qədər ötürdü. Əsl həqiqət budur”.

Onlar qeyd ediblər ki, bununla əlaqədar yerli məhkəməyə müraciət edəcəklər.

Cenub.az saytının rəhbəri Zahir Əmənovun məsələ ilə bağlı münasibətini öyrənə bilmədik. Onun da mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button