GündəmManşet

Sərhəddəki davada 11 erməni əsgəri xəstəxanalıq edilib: Qərargah rəisinin isə burnu sınıb

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan sərhəddinin Sünik istiqamətində erməni həbçilərinin təxribatı nəticəsində növbəti insident yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, hadisə Qaragöl yaxınlığında baş verib.

Belə ki, erməni hərbçilər ərazimizə daxil olaraq, əsgərlərimizdən ərazilərimizi tərk etməyi tələb ediblər. Nəticədə, tərəflər arasında dava düşüb.

JAMAZ.İNFO Armlur.am saytına istinadən xəbər verir ki, yaranmış insident nəticəsində 11 erməni əsgəri xəsrət alıb. Onların hamısı Gorus rayonundakı xəstəxanaya yerləşdiriliblər. Ermənistan Müdafiə Nazirliyi isə məlumat yayıb ki, hərbçilər arasında dava-dalaş zamanı xəsarət alanların vəziyyəti normaldır. “Əsasən yüngül xəsarətlərdir. Ciddi bir şey yoxdur”.

Digər erməni mənbələri isə bəyan ediblər ki, hadisədə xəsarət alanlardan biri də Ermənistan ordusunun bölgədə xidmət edən həbir hissəsinin qərargah rəisidir. Onun burnunun sındığı deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button