GündəmManşet

Sərhəddçilərimiz erməni əsgərlərini Laçın dəhlizinə buraxmadı

Ermənistan Müdafiə Nazirliyinin içi əsgərlə dolu 3 avtobusu gecə Gorisdəki “Sünik” restoranının qarşısında qalıb. Səbəb onların Qqarabağa getmək istəmələri olub. Lakin Azərbaycan sərhədçiləri avtobusları Laçın dəhlizinə buraxmayıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıblar.

Məlumatda deyilir ki, Azərbaycan Ordusunun zabitləri erməni tərəfinə bildiriblər ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, Qarabağda Ermənistan hərbçiləri ola bilməz.

Qeyd edək ki, məsələ ilə bağlı Ermənistanın Müdafiə Nazirliyi rusiyalı sülhməramlılara müraciət etməli olublar. Lakin onlar hər hansı bir köməklik göstərə bilməyəcəklərini deyiblər. Bunu belə əsaslandırıblar ki, onların bu məsələ ilə məşğul olmaq səlahiyyətləri yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button